Yerevanda etirazçılarla polis arasında toqquşma olub

29-04-2022, 09:33           
Yerevanda etirazçılarla polis arasında toqquşma olub
Yerevanda “Şərəfim var” parlament fraksiyasının rəhbəri Artur Vanetsyanın tərəfdarları ilə polis arasında toqquşma baş verib.

“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Vanetsyan yürüş iştirakçıları ilə vidalaşdıqda və onlar evə getməyə başlayanda qışqırıqlar eşidilib. Vanetsyanın özünün dediyinə görə, hər şey hüquq-mühafizə orqanlarının əməkdaşlarından birinin yürüş iştirakçısını vurması ilə başlayıb.

Vanetsyan hərəkatının sözçüsü Sos Akopyan bildirib ki, aksiyanın sonunda etirazçı ilə polis arasında mübahisə yaranıb. Akopyanın sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları döyməyə cəhd ediblər. O, hüquq-mühafizə orqanları əməkdaşlarını xuliqanlıqda günahlandırıb.
pressklub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru