Ukrayna kəşfiyyatı Rusiyanın hərbi sirlərini AÇIQLADI

1-05-2022, 00:09           
Ukrayna kəşfiyyatı Rusiyanın hərbi sirlərini AÇIQLADI
Ukrayna kəşfiyyatı Rusiyanın Belarus ərazisində hərbi təyyarələr və "İsgəndər" raketləri yerləşdirdiyini müəyyən edib.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik bildirib.

"Belarusun Brest vilayətindəki aerodromda, Ukrayna ilə dövlət sərhədindən 130 kilometr məsafədə Rusiya taktiki aviasiyasının 6 təyyarəsi var. Həmçinin Moqilyov vilayətində, Ukrayna ilə sərhəddən 170 kilometr məsafədə "İsgəndər" taktiki raket kompleksi yerləşdirilib", - deyə Motuzyanik qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru