Putin Roma Papasının Mariupoldan təxliyə ilə bağlı istəyini üç dəfə geri çevirdi

1-05-2022, 00:02           
Putin Roma Papasının Mariupoldan təxliyə ilə bağlı istəyini üç dəfə geri çevirdi
Ukrayna Rusiyadan Mariupolda iki humanitar dəhliz açılmasını istəyir.

Teref.az xəbər verir ki, bunlardan biri “Azovstal”, digəri isə şəhərin özündən çıxış üçün olmalıdır. Bu istəklə həmçinin Roma Papası Fransisk də Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

Məlumata görə, Roma Papası artıq müvafiq xahişini üç dəfə təkrarlayıb. O, “Azovstal”dan təxliyənin Vatikan bayrağı altında üzən gəmi vasitəsilə təşkil edilməsini istəsə də cəhdləri hər dəfə nəticəsiz qalıb.

Mənbə: Unian












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru