Yeni Rusiya bazaları yaradılacaq - Prezident

1-05-2022, 09:08           
Yeni Rusiya bazaları yaradılacaq - Prezident
Finlandiya NATO-ya daxil olarsa, Rusiya sərhədlərinin möhkəmləndirilməsi ilə cavab verəcək.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Finlandiya Prezidenti Sauli Niinistö çıxış edib.

“Biz, şübhəsiz ki, Rusiyanın bölgədə möhkəmlənməsini və ya bəlkə də yeni bazalar yaratmasını, hərbi personalını, eləcə də silahlarını yerləşdirməsini görəcəyik", - Prezident deyib.

O, həmçinin etiraf edib ki, Rusiya Baltikyanı regionda hərbi mövcudluğunu artırmağa başlayacaq.

Qeyd edək ki, sonuncu dəfə Niinistö çıxışında ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı mayın 12-də qərar verəcəklərini bəyan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru