İran Yenidən Ermənistanın Müdafiəsinə Qalxdı: “Ermənistanın Sərhədləri Dəyişdirilə Bilməz” – FOTO

2-05-2022, 00:05           
İran Yenidən Ermənistanın Müdafiəsinə Qalxdı: “Ermənistanın Sərhədləri Dəyişdirilə Bilməz” – FOTO
İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zühuri yenidən anti- Azərbaycan mövqeyi ilə “zühur edib”

“Azad İran” Telegram kanalının xəbərinə görə, səfir bildirib ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri “dəyişdirilə bilməz” və bütün ölkələr Ermənistanın “suverenliyinə hörmət etməlidir”.

“Biz kommunikasiya yolları ətrafında dəhlizlərin (Zəngəzur dəhlizi- red.) açılmasına dair səsləndirilən fikirləri qəbul etmirik və düşünürük ki, Ermənistan ərazi bütövlüyünü qorumalıdır”, – deyə Zühuri ölkəsinin Qərbi Zəngəzur (Sünik- red.) bölgəsində açacağı konsulluq barədə danışarkən iddia edib.

Ermənistan hamisindən daha çox, qatı erməni kimi davranan İran və onun səfiri Zəngəzur vilayətinin yaxın keçmişdə Azərbaycanın tarixi torpaqları olmasına dair faktlara isə münasibət bildirə bilməyib. Görünür, Tehran 44 günlük müharibədə darmadağın olan Ermənistanın keçmiş himayədarlarını əvəz etmək niyyətindədir, sonu başdan məlum olsa belə.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru