Ukrayna limanlarında 4,5 milyon ton taxıl qalıb

2-05-2022, 08:47           
Ukrayna limanlarında 4,5 milyon ton taxıl qalıb
Ukrayna limanlarında 4,5 milyon ton taxıl gəmilərdə qalıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin Dünya Qida Proqramının Almaniya direktoru Martin Frik bildirib.

BMT rəsmisi 4,5 milyon ton taxıl daşıyan gəmilərin limanlardan çıxa bilməməsinə diqqət çəkib.

Ümumdünya Ərzaq Proqramına görə, ixracın bərpası üçün həm insanlara, həm də limanlara çıxış təmin edilməlidir.

Qeyd edək ki, fevralın 24-də başlayan Rusiya hücumlarından sonra Ukrayna limanları ticarət üçün bağlanıb. Avropa ölkələri isə Ukraynadan taxılı avtomobil və dəmir yolu ilə daşımağa başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru