Ukrayna Polşa və Litvanın mayeləşdirilmiş qaz terminallarına çıxış əldə edəcək

2-05-2022, 09:38           
Ukrayna Polşa və Litvanın mayeləşdirilmiş qaz terminallarına çıxış əldə edəcək
Ukrayna Polşa və Litvanın mayeləşdirilmiş qaz terminallarına çıxış əldə edəcək.

“Report” xəbər veirr ki, bunu Ukraynanın Qaz Ötürmə Sistemləri Operatorunun direktoru Serqey Makoqon deyib.

Onun sözlərinə görə, bu gün Polşa və Litvanı birləşdirən GIPL (Gas Interconnection Poland - Lithuania) qaz kəməri işə salınıb.

“Bu, bütün regionun enerji təhlükəsizliyində mühüm irəliləyişdir. “Qazprom” üçün bu ölkələri qazla şantaj etmək xeyli çətinləşəcək”.

Onun sözlərinə görə, Ukrayna 2022-ci ilin yayında Klapedadakı qaz terminallarına çıxış əldə edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru