Lavrov Qərbdən 300 milyard dollar istəyir

2-05-2022, 10:39           
Lavrov Qərbdən 300 milyard dollar istəyir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın “Mediaset” televiziya şirkətinə müsahibəsində bildirib ki, Qərb Rusiyadan 300 milyard dollardan çox “oğurlamaqda” günahkardır.
AzVision.az xəbər verir ki, vəsait Rusiyanın enerji resursları üçün ödəniş kimi “Qazprom”un Qərb banklarındakı hesablarında olublar. “Götürüb qaz və neftin tədarükü üçün alınan məbləğin böyük hissəsini oğurladılar. Bizim öz xalqımız qarşısında Qərbin oğurluq vərdişlərini davam etdirməsinə icazə verməyə haqqımız yoxdur”, - diplomat bildirib.

Onun sözlərinə görə, “Qazprom” qəbul edilmiş qaydalara əməl etdiyi üçün Qərb banklarındakı hesablarında pul saxlamağa məcbur olub. Eyni zamanda, Lavrov qeyd edib ki, Rusiyaya əvvəlki kimi ticarəti davam etdirmək təklif olunur və ödəniş vasitələri Qərbdə qalacaq: “İstəsələr, yenə ciblərinə atarlar”, - nazir deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.