Ermənilər Laçın şəhərinə gələn su borusunu odun parçası ilə bağlayıb.

1-09-2022, 17:37           
Ermənilər Laçın şəhərinə gələn su borusunu odun parçası ilə bağlayıb.
Bunu jurnalistlərə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Teref.az yazır ki, Anar Cəbrayıllıb ildirib ki, təmsil etdiyi qurum Laçın şəhərinin içməli su təminatını həyata keçirərkən bu faktla qarşılaşıb.
"Laçına su nəql edən bütün nasoslar sökülüb aparılıb və nasosxana binası dağıdılıb. Biz magistral su kəmərini tapdıq, alternativ mənbələr olan bulaqlardan Laçın şəhərinə suyun gətirilməsi ilə bağlı işlər gördük. Amma məlum oldu ki, şəhərə su gəlib çıxmır. Araşdırma zamanı məlum oldu ki, onlar 325 mm-lik diametrdə olan su xəttinin bir hissəsini kəsib, polad borunun içərisinə odun parçası qoyaraq şəhərə suyun gəlməsinin qarşısını alıblar. Bu ərazidə hərbçilərin içməli su ilə təmin olunması üçün biz dərhal əraziyə 3 su maşını ezam etdik. Artıq avqustun 31-də biz alternativ mənbədən bura suyun gətirilərək maşınlara doldurulması üçün yer yaratdıq. Hazırda Laçın şəhərinin su təminatı üçün maşınlar xidmət göstərir",- A.Cəbrayıllı bildirib.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.