Qırğızıstanda təhsil naziri rüşvət alarkən saxlanılıb

29-09-2022, 09:34           
Qırğızıstanda təhsil naziri rüşvət alarkən saxlanılıb
Qırğızıstanın təhsil və elm naziri Almazbek Beyşənəliyevə xüsusilə külli miqdarda rüşvət alarkən saxlanılıb.

Bu barədə çərşənbə günü respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hazırda Beyşənəliyevin Qırğızıstan universitetlərinə əcnəbi tələbələri qəbul etdirməsi üçün 110 min dollar rüşvət alması faktı araşdırılır. Ölkənin Daxili İşlər Nazirliyi cinayət işinin istintaqının nəticələri ilə bağlı əlavə məlumat verəcəyini vəd edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru