Təhsil Nazirliyinə rüşvət ittihamı: Laçın təhsilindəki yeyintilərlə bağlı prezidentə şok müraciət

31-05-2016, 09:38           

Laçın Rayon Təhsil Şöbəsində baş verənlər, buradakı yeyinti faktları, həmin mənimsəmələrin həyata keçirilməsi mexanizmi və digər ilginc təfərrüatlarla bağlı Savash.org-un elektron ünvanına şikayət məktubu daxil olub.

Eyni zamanda Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev cənablarına, baş prokuror Zakir Qaralova, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə, Maliyyə naziri Samir Şərifova ünvanlanmış məktubdaLaçın rayon sakini, hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında müvəqqəti məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlu olduqca ağır ittihamlar irəli sürüb.

Savash.org həmin məktubu oxucuların diqqətinə çatdırır: “Hörmətli Cənab Prezident! Hər il Təhsil Nazirliyi ən çox şikayət məktubu daxil olan rayonların adlarını açıqlayır və bu siyahıda Laçın rayonu birinci yerdə olur. Amma bir rayonun təhsil şöbəsini korrupsiya yuvasına çevirən Malik Vəliyevi Təhsil Nazirliyi yüksək məbləğdə rüşvət qarşlığında altı rayona (Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsinə) təhsil rəbəri təyin etməsi sizin korrupsiyaya qarşı ciddi mübarizə apardığınız siyasətə tam ziddir”.

Şikayətçi daha sonra iddia edir ki, Təhsil Nazirinin müavini Ceyhun Bayramov Laçın rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyevin Təhsil Şöbəsində yol verdiyi ciddi qanun pozuntularına hansısa səbəbdən göz yumub. Məktubda təhsil nazirirnin müavini Ceyhun Bayramovun görmək istəmədiyi həmin qanun pozuntuları haqda da geniş məlumat verilib:

“Laçın təhsil şöbəsində hər ayın axrında məktəb direktorlarından hesab yığlır.Şagirdlərin sayı 100-dən az olan məktəb direktorlarından 500 manatdan, şagirdlərin sayı 100-dən çox olan məktəb direktorlarından isə 1000-1500 manatdan pul toplanır. Malik Vəliyev elə bir “sağlam korrupsiya şəbəkəsi” yaradıb ki, təhsil şöbəsindən çıxmasına baxmayaraq yenə də aylıq hesabı yığlır.Direktorlar M.Vəliyevin aylıq qoyduğu məbləği düzəltmək üçün məcbur qalaraq, fəaliyyəti olmayan elmi dərnəklərdəki dərs saatları ,sağlam və yüngül fiziki qüsurlu uşaqlara məktəbə gələ-gələ saxta sənədlər düzəldərək fərdi dərs saatları yazmaqla və s. hesabına qoyulan məzənnəni düzəldirlər”.

Məktub müəllifi israrla bildirir ki, evdə təhsilə cəlb edilmiş şagirdlər yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilsə 90%-nin sağlam və yüngül fiziki qüsurlu olduğu və əslində məktəbdə dərs məşğlələrində iştrak etdikləri aşkar olar. Hər il Dövlət büdcəsindən Laçın rayon təhsilinə ayrılan 100 min manatlarla vəsaiti M.Vəliyev Laçın rayon maliyyə şöbəsi ilə əlbir olaraq müxtəlif adlar altında talan ediblər. İnventarların satın alınmasına, məktəbli paltarlarının alınmasına,Təhsil sahəsini əhatə edən ümumi təmir işlərinə,dəftərxana ləvazimatlarının alınmasına, avadanlıqların satın alınmasına və digər xərclər üçün ayrılmış vəsaiti müxtəlif MMC- lərin adına sənədləşdirərək mənimsəyiblər.Araşdırılma aparılsa bu vəsaitin heç 10%-i təyinatı üzrə xərclənməyib”.

Daha sonra digər maraqlı bir məqama toxunulur: “Maliyyə Nazirliyi Laçın rayon ümumtəhsil məktəblərində işləyən müəllimlərin yaşayış yeri və əsas iş yeri haqqında araşdırma aparsa, adlarına aylıq 250-350 manat əmək haqqı yazılan, amma faktiki olaraq işləməyən 50-dən çox müəllimin olduğu aşkarlanar. Bu müəllimlər özəl müəssələrdə çalışır, sadəcə pedaqoji iş stajı olsun deyə adlarına dövlət vəsaitinin yazılıb mənimsənilməsinə razı olublar. M. Vəliyev Təhsil Şöbəsindəki vakant dövlət qulluğu vəzifələrini Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komisiyadan gizlədərək müsabiqəyə verməyib.Müsabiqədə keçid balı toplaya bilməyən 4-5 namizədin hər birindən 5000 manat rüşvət alaraq Təhsil Şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifələrinə təyin edib”.

Digər şok iddia isə saxta diplomlu müəllimlərlə bağlıdır: “Diplomu saxta olan müəllimlərdən hər tədris ilində 800 manat rüşvət alınaraq onların müəllim kimi işləmələrinə şərait yaradıb. LRTŞ-də 100-dən çox saxta diplomlu müəllim var. Ümumiyyətlə diplomu olmayan, heç düzgün yazıb-oxumağı bacarmayan şəxslərdən 2000 manat rüşvət yığılaraq onları yalnız hərbi biletlə hərbi- hazırlıq müəllimi götürüblər”.

Məktubdan daha bir sitat: “Azərbaycan Respublikası Prezidentinin verdiyi sərəncamdan öz şəxsi mənafeyi üçün istifadə etdiyi halda M. Vəliyev hansı tədrisdən danışa bilər? Cənab Prezidentin müvafiq sərəncamına əsasən yaşı 65-dən yuxarı olan müəllimlər zərurət olmadığı halda birmənalı şəkildə işdən azad edilməlidirlər. Lakin M. Vəliyev heç bir zərurət olmadığı təqdirdə həmin ixtisas müəllimlərindən 500-1000 manat rüşvət alaraq 1 (bir) illik müqavilə ilə müəllim işlədir. M. Vəliyev saxta diplomları olan şəxslərdən külli-miqdarda rüşvət alaraq çox asan yollarla əvvəlcə məktəblərdə psixoloq vəzifəsinə təyin edir, sonradan qeyri-qanuni olaraq həmin şəxslərə dərs tədris etdirir və hətta bununla kifayətlənməyərək bu şəxsləri direktor, direktor müavini vəzifələrinə təyin edib.Laçın rayon təhsil şöbəsində araşdırılma aparılsa 100-dən çox belə korrupsiya faktları və ciddi qanun pozuntularına yol verildiyi aşkar olar”.

Savash.org ittihamların ağırlığını nəzərə alaraq mövzu ilə bağlı Təhsil Nazirliyinin rəsmi açıqlama verəcəyinə ümid edir. Belə bir açıqlama olacaqsa onu dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.