Ziya Məmmədov mənə açıq formada deyib ki, aldığım rüşvətin 5 faizi mənə qalır

1-06-2016, 02:18           

Dəfələrlə prezidentə qarşı xüsusi planların olduğunu bildirən Müasir Müsavat sədri Hafiz Hacıyev Moderator.az -a açıqlamasında bildirdi ki, onun bu günə qədər qeyd olunan məsələlər barədə dediklərini bəzi dairələr qulaq ardına vurublar:

“Rüşvət alırlar, yalandan deyirlər haqqın bir hissəsi yuxarı çatacaq. Ziya Məmmədov mənə açıq formada deyib ki, aldığım rüşvətin 5 faizi mənə qalır. Bu biabırçılıqdı, mən bunu danışmamalıyam, amma məcburam deyim, məni öldürə də bilərlər. Ziya Məmmədov və oğlu prezidentə xəyanət edir. Vorovski qəsəbəsində özlərinə villalar tikirlər, sonra deyirlər ki, bizim mülklər əlimizdən alınıb, Heydər Əliyev Fonduna keçirilib. Onlar xaricdən gələn nümayəndələrə gizli formada donos verirlər. Qərb də bunlara əsaslanaraq prezidentə qarşı çıxışlar edir.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.