İcra hakimiyyəti və “Azərsu” çirkab sulardan şikayət edən Yasamal sakinlərini “yola verir” - VİDEO

1-06-2016, 10:53           

Yasamal rayonu İnşaatçılar pr 5 ünvanında yerləşən Dənizçilər yataqxanasının sakinləri çirkab sularının daşması ilə əlaqədarBTV-yə müraciət ediblər. BTV- yə müsahibə verən sakinlər onuda bildiriblər ki bu vəziyyət 5 gündən çoxdur davam edir . Eyni hal bu ərazidə birinci dəfə deyil ki, baş verir. Sakinlər onu da bildirdilər ki dəfələrlə Mənzil Kommunal İstismar İdarəsinə zəng edib hadisəylə bağlı məlumat versələr də, adı çəkilən idarənin işçiləri gəlib kanalizasiya xəttlərini ele belə müvəqqəti təmizləyib gediblər.Buna görə də bu hal təkrarlanır və sakinlərdə bundan əziyyət çəkirlər.Şikayətçilər onuda qeyd edirlər ki nə uşaqlar həyətə düşüb rahat oynaya bilirlər,nə də bu üfünətli iyin əlindən yoldan keçmək olmur.Pis qoxu hətta evlərimizə bele hopub. Nümayəndələr yalandan da olsa bizə bu işin düzələcəyi ilə bağlı vəd verib vaxtı uzadırlar,mənzərə isə olduğu kimi qalır. BTV olaraq məsələ ilə bağlı Azərsu ASC əlaqə saxladıq.Adı çəkilən qurumun rəsmisi Günel Xəlilova bildirdi ki , qəza bərpa yerine aidiyyatı üzrə baxış keçiriləcək və sakinlərin problemləri tezliklə aradan qaldırılacaq.Təki elə olsun.Bizə çəkib göstərmək ,aidiyyatı qurumlara məsəleni həll etmək ,sakinlərə isə səbr etmək qalır.
[media=https://www.youtube.com/watch?v=QVHDSD58434]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.