Terrora bundan sonra kim rəhbərlik edəcək? – “Əl-Qaidə”nin yeni rəhbərinin adı

16-02-2023, 09:54           
Terrora bundan sonra kim rəhbərlik edəcək? –
Əfqanıstanda fəaliyyət göstərən “Əl-Qaidə” terror təşkilatının yeni liderinin adı açıqlanıb. Bundan sonra terror təşkilatına Saif Əl-Adil rəhbərlik edəcək.

Pressklub.az xəbər verir ki, bu barədə Əfqanıstanın “1TV” telekanalı BMT Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə”yə qarşı sanksiyalar üzrə komitəsinin hesabatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, o Misir vətəndaşıdır, 62 yaşı var və hazırda İrandadır.

Xatırladaq ki, “Əl-Qaidə”nin sabiq lideri Ayman əz-Zəvahiri hesab olunurdu. ABŞ hökuməti ötən ilin 2 avqustunda onun məhv edildiyini bildirmişdi və qeyd olunmuşdu ki, iyulun 31-də Kabildə pilotsuz uçuş aparatından iki “Hellfire” raketi, içində terror təşkilatının lideri olduğu güman edilən evə atılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru