Dünyanın ilk qatlanan IPS monitoru təqdim olundu

17-02-2023, 12:04           
Dünyanın ilk qatlanan IPS monitoru təqdim olundu
TCL qatlana bilən LCD monitoru təqdim edib. Bu, dünyada ilk belə IPS panelli ekrandır.

49 düymlük monitor 120 Hz yeniləmə sürətinə malikdir. Ekranın təsvir ölçüsü, eləcə də digər xüsusiyyətləri barədə məlumat verilmir.

Cihazın həm ofis işləri, həm də oyunlar üçün istifadə oluna biləcəyi bildirilir. Monitorun əyrilik səviyyəsini xüsusi düyməyə basmaqla dəyişdirmək olar. Məsələn, iş üçün düz ekrandan, oyunlar üçün isə əyri ekran rejimindən istifadə etmək tövsiyə olunur.

Yeni monitorun qiyməti və satış tarixi hələ açıqlanmayıb.

Qeyd edək ki, hazırda satışda olan oxşar modellərdə IPS deyil, OLED texnologiyasından istifadə edilir.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru