Putin Rüstəm Muradova general-polkovnik rütbəsi verdi

18-02-2023, 08:02           
Putin Rüstəm Muradova general-polkovnik rütbəsi verdi
Rusiya ordusunun Şərq Hərbi Dairəsinin komandiri Rüstəm Muradova general-polkovnik rütbəsi verilib.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Qərb Hərbi Dairəsinin komandiri Yevgeni Nikiforov da general-polkovnik rütbəsi ilə təltif olunub.

Bundan əvvəl general-leytenant rütbəsi daşıyan Rüstəm Muradov ötən il Şərq Hərbi Dairəsinin komandiri təyin olunub.

Rüstəm Muradov 21 mart 1973-cü ildə Dağıstan Muxtar Respublikasının Dərbənd rayonunun Çinar kəndində anadan olub. Milliyyətcə tabasarandır. 11 noyabr 2020-ci ildən 2021-ci il sentyabrın 9-dək Azərbaycan ərazisindəki Rusiya sülhməramlı kontingentinin komandiri olub.\\Modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru