London sakininə 100 il bundan əvvəl yazılan sirrli məktub göndərildi - FOTO

18-02-2023, 12:53           
London sakininə 100 il bundan əvvəl yazılan sirrli məktub göndərildi - FOTO
London sakini Finley Qlenin ünvanına 1916-cı ildə yazılmış məktub göndərilib.

“Biz onun üzərində 16-cı il yazıldığını gördük. Buna görə də 2016-cı il ola biləcəyini düşündük. Sonra markanın üzərində kraliçanın deyil, kralın şəklinin olduğunu gördük və qərara gəldik ki, bu, 2016-cı il ola bilməz”, - deyə Finley Qlen bildirib.

O, məktubu yerli tarix cəmiyyətinə aparıb ki, daha ətraflı öyrənilsin.

Zərfin üzərində Kral V Corcun təsviri olan möhür var. Məktub Birinci Dünya müharibəsinin qızğın zamanında göndərilib.

“Biz məktubun çox köhnə olduğunu başa düşdükdən sonra qərara gəldik ki, onu aça bilərik”, - deyə Qlen qeyd edib.

Məlum olub ki, məktub İngiltərənin qərbindəki Bat şəhərindən göndərilib. Məktubu yazan isə çay taciri olan Henri Tyuk Mennelin qızı Kristabel Mennell olub və məktub yerli marka taciri Osvald Marşın həyat yoldaşı olan Keti Marşa ünvanlanıb.

Bununla belə məktubun Qlenin mənzilinə necə gəlib çatdığı sirr olaraq qalır.

Mənbə: CNN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru