İsrail qüvvələri Suriyanın paytaxtı Dəməşqə zərbələr endirdi - Sepahın Qüds Qüvvələrinin komandiri İsmayıl Qaani öldü...

19-02-2023, 12:10           
İsrail qüvvələri Suriyanın paytaxtı Dəməşqə zərbələr endirdi -
Dünən gecə İsrail qüvvələri Suriyanın paytaxtı Dəməşqdə bəzi hərbi obyektlərə zərbələr endirib.
13 nəfərin öldüyü, 28 nəfərin yaralandığını bildirir. Qeyri-rəsmi mənbələrə görə, raket zərbələri İslam İnqilabı Keşikçiləri Korpusunun üzvlərinin də qaldığı binaya endirilib və ölənlər arasında 9 yüksək rütbəli iranlı zabit də var.
Məlumatda qeyd olunur ki, ölənlərdən biri Sepahın Qüds Qüvvələrinin komandiri İsmayıl Qaanidir.
Xatırladaq ki, İ.Qaani 2020-ci ildə Qasım Süleymani ABŞ-ın hava hücumunda öldürüldükdən dərhal sonra Qüds Qüvvələrinin komandiri təyin edilmişdi. Onun ölümü rəsmi təsdiq edilməyib, amma sosial media platformalarında paylaşılır.
İran tərəfi hələ heç bir rəsmi mövqe bildirməyib.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru