Yaponiyada 5 bal gücündə zəlzələ baş verib 20-02-2023, 07:31 Yaponiyanın şimalında 5 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.Məlumata əsasən, yeraltı təkanların episentri Obihiro şəhərindən 9 km aralıda yerləşib. Zəlzələnin ocağı 112 km dərinlikdə olub.Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib. Facebook-da paylaş