Moskvanın mərkəzində hotel yanıb: Ölən və xəsarət alanlar var - YENİLƏNİB + VİDEO

22-02-2023, 11:38           
Moskvanın mərkəzində hotel yanıb: Ölən və xəsarət alanlar var - YENİLƏNİB + VİDEO
Moskvanın mərkəzində, Mejdunarodnoye küçəsində yerləşən MKM hotelinin binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb, onlardan ikisi uşaqdır.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Yanğın nəticəsində altı nəfər - dörd böyük və iki uşaq həlak olub”, - mətbuat xidmətindən bildirilib.

00:23

Moskvanın mərkəzində Mejdunarodnoye küçəsində 16 mərtəbəli “Moskabelmet” hotelin və keçmiş qonaq evinin yerləşdiyi binada baş verən yanğında bir nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Yaralananların xəstəxanaya yerləşdirildiyi bildirilib.

Ümumilikdə yanan binadan 50-yə yaxın insan xilas edilib, onlardan bəziləri həkimlər tərəfindən müayinə olunur.

“Ola bilər ki, zərərçəkənlərin sayı artsın”, - deyə tibb xidmətlərindən bildirilib.

Zərərçəkənlərlə bağlı məlumatı Fövqəladə Hallar Nazirliyi də təsdiqləyib və əlavə edib ki, 200 nəfər binadan çıxarılıb.

Hadisəyə sakinlərdən birinin dəhlizdə öz əşyalarına od vurnması səbəb olub.

İnsident polis tərəfindən araşdırılır.

TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru