Rus ordusunda sursat çatışmazlığı var? - Açıqlama

22-02-2023, 09:02           
Rus ordusunda sursat çatışmazlığı var? - Açıqlama
Baxmut şəhəri uğrunda döyüşlərdə iştirak edən könüllü hücum dəstələrinə silah tədarükünün kəsilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hücum bölmələri adından sursat çatışmazlığı ilə bağlı verilən açıqlamalar həqiqətə uyğun deyil. Təkcə 2 gün ərzində - 18-20 fevralda bölmələrə reaktiv yaylım atəşi sistemləri üçün 1660 mərmi, iri kalibrli artilleriya və minaatanlar üçün 10171 döyüş sursatı, tank üçün 980 döyüş sursatı göndərilib”, - deyə bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.