Arzu Rəhimova təqaüdçü rəis lazımdır? - Kreslodan ikiəlli yapışanlar silsiləsindən
6-06-2016, 11:37
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi səlahiyyətli şəxsləri ilə bağlı mətbuatda az yazılmayıb. Dəfələrlə qurumun konkret hansısa səlahiyyətli şəxsinin yarıtmaz və heç bir qanuna sığmayan əməlləri tənqid edilib. Mətbuatda belə tənqid edilən vəzifə sahiblərindən biri də, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) daxili təhqiqatlar şöbəsinin rəisi vəzifəsini daşıyan təqaüdçü polkovnik Yunis Əsgərovdur. Bu şəxs vəzifəli şəxs olaraq məmur statusunda olsa da, fəaliyyəti ilə bağlı mətbuatda yazılanları görəndə, sanki dəli olur. Başa düşmək istəmir ki, hansısa məmurun şəxsi həyatı toxunulmaz ola bilər. Amma onun iş fəaliyyətinə gəldikdə, qaranlıq məqamlar varsa, buna mətbuat işıq salmalıdır. Ki, həmin məmur özünü yığışdırsın və necə deyərlər haqq yoluna gəlsin. Amma bəzi məmurlar kimi, polkovnik Yunis Əsgərov da məqsədli şəkildə çalışır ki, barələrində heç nə yazılmasın, yazıldığı halda belə həmin jurnalistlər müxtəlif vasitələrlə susdurulsun. Bəli, adıçəkilən şəxs barəsində mətbuatda tənqidi məqalələr dərc olunduğundan, onun bütün xoşagəlməz əməllərinə jurnalist qiyməti verilib. Yenidən bu məsələlərə toxunaraq vaxtınızı almaq istəməzdik. Ona görə də, bizi daha çox narahat edən məqama diqqəti yönəltmək istəyirik. Belə ki, bu gün ölkəmizdə yetərincə yüksək təhsil verən universitetlər fəaliyyət göstərir. Hər il belə ali təhsil müəssisələrini yüzlərlə tələbə bitirir. Amma bir çox hallarda həmin savadlı gənc kadrlar özlərinə iş tapmaqda əziyyət çəkirlər. Bilirsiniz niyə? Çünki polkovnik əsgərovkimiləri kreslolarından əl çəkmək istəmirlər. Təqaüdçü yaşını ötsələr də, özlərində iradə tapıb istefa mədəniyyətini ortaya qoya bilmirlər. Elə bilirlər ki, bu vəzifə onlara əbədi bəxş edilib. Təqaüd yaşında olan şəxslərin bu gün vəzifədən ikiəlli yapışması gənclərin işlə bağlı qarşısında duran amillərdəndir. Gəlin məsələyə başqa prizmadan yanaşaq. Yunis Əsgərov başqa təşkilatda işləyib və orada təqaüdə çıxıb. Təqaüdçü ola-ola onu gətirib qoyurlar hazırda çalışdığı vəzifəyə. Nə üçün, niyə? Bəlkə Yunis Əsgərov, özünüzü «penisioner» hesab etmirsiniz? Amma gec də olsa, reallıqla barışmağınız gərəkdir. Bəli, başa düşürük ki, sizin bügünkü yaşayışınız zəngindir. Təqaüdə çıxsanız 5.7 mühərrikli Lexus sürə bilməyəcəksiniz. Çünki bu avtomobil 100 kilometrə 30 litr benzin sərf edir. Hazırda adicə benzinə verdiyiniz pulu haradan əldə edirsiniz, bu cəmiyyətə qaranlıqdır. Amma təbii düşünürsünüz ki, təqaüdə çıxsanız pensiya ilə Lexus sürə bilməyəcəksiniz. Ona görə də, Lexus sürmək və digər bu kimi hallardan əl çəkmək istəmirsiniz. Düzü, bu yaşda təqüdə çıxmaq yaxşıdır. Deyirlər ki, atanızın mal ferması olub. Amma sonralar onu satmısınız. Gərək satmazdınız, axı bu yaşda ferma idarə etmək asan olardı. O zaman sizin fəaliyyətinizdən nə yazılacaqdı, nə də inəkləri yaxşı otarmadığınızın hesabı soruşulacaqdı. Nə isə, özünüz bilən məsləhətdir. P.S Amma nəzərdən qaçırmayın ki, kimlərəsə qarşı oyun oynamaq sizə başucalığı gətirməz. Yeri gəlmişkən, eşitmişik sizə Amerikadan salam var. Biz demirik ki, bu adam Rəsul Quliyevdir. Amma belə deyirlər, nə işdi..? dia.az