NATO-ya rəhbərlik etmək bizim də haqqımızdır - Baş nazir
23-03-2023, 12:26
Şərqi Avropanın Aİ və NATO-ya rəhbərlik etmək vaxtı çoxdan çatıb.
Publika.az "Yevropeyskaya Pravda"ya istinadən xəbər verir ki, bunu Aİ sammiti ərəfəsində Estoniyanın baş naziri Kaja Kallas “Politico”ya müsahibəsində deyib.
O hesab edir ki, növbəti seçkilər zamanı Şərqi Avropa ölkələrinin nümayəndələri də Avropa İttifaqı və Şimali Atlantika Alyansında rəhbər vəzifələr üçün müraciət etməlidirlər.
“19 ildir ki, NATO və Avropa İttifaqının üzvüyük. Biz "qoca" avropalılardan daha pismi insanlarıq?! Düşünürəm ki, bizim həmin vəzifələrə layiqli çox nümayəndələrimiz var", - Estoniyanın baş naziri vurğulayıb.
Qeyd edək ki, indiyədək şərqi avropalılardan yalnız Polşanın keçmiş baş naziri Donald Tusk 2014-2019-cu illərdə Avropa Şurasına rəhbərlik edib.