83 yaşlı kor şəxsin gözləri açıldı - Dünyada ilk

25-03-2023, 09:14           
83 yaşlı kor şəxsin gözləri açıldı - Dünyada ilk
Dünyada ilk dəfə tətbiq edilən əməliyyatla İtaliyada 83 yaşlı kor şəxsin görmə qabiliyyəti bərpa olunub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı bütün göz səthi (buynuz qişa, skleranın bir hissəsi və konyunktiva) bir gözdən digərinə köçürülüb.

Xəstəxanadan verilən yazılı açıqlamada bildirilib ki, Molinette Hospital Oftalmologiya Klinikasının Direktoru və Retina Cərrahiyyəsi Mütəxəssisi Prof. Michele Reibaldi və Prof. Vincenzo Sarnicola 4 saatlıq əməliyyatla bütün göz səthini (buynuz qişa, skleranın bir hissəsi və konyunktiva) bir gözdən digərinə köçürüb.

“Əməliyyatdan iki həftə sonra xəstənin görmə qabiliyyəti bərpa edildi və köməksiz hərəkət edə bilir. Son dərəcə həyəcanlıyıq və sağ gözdə qalıcı müvəffəqiyyət gözləyirik. Çünki bu göz xəstənin gözündə toxumalar yenidən bərpa edilib”, - məlumatda qeyd edilib.

30 il əvvəl sol gözü tutulan, son 10 ildə isə sağ gözündə görmə qabiliyyətini itirən, adı açıqlanmayan xəstə “Barmaqlarımı və əllərimi görmək yenidən doğulmaq kimi idi”, - deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru