Bolqarıstan Ukraynaya 2,5 mlrd avro dəyərində silah tədarük edib 27-03-2023, 10:08 Bolqarıstan 164 gün ərzində Kiyevə 5 milyard lev (təxminən 2,5 milyard avro) dəyərində silah təhvil verib.“Report” xəbər verir ki, bunu Bolqarıstanın keçmiş Baş naziri Kiril Petkov BTV-yə açıqlayıb.“Avropalı tərəfdaşlarla birlikdə Ukrayna ilə həmrəy olmağımız və onlarla birlikdə işləməyimiz çox vacibdir”, - o vurğulayıb. Facebook-da paylaş