ABŞ kəşfiyyatı Rusiyaya aid mühüm dosyeni axtarır

16-12-2023, 11:24           
ABŞ kəşfiyyatı Rusiyaya aid mühüm dosyeni axtarır
Amerika Birləşmiş Ştatlarının (ABŞ) kəşfiyyat agentlikləri iki ildən artıqdır Rusiyaya aid dosyeni axtarır.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, iddiaya görə, qovluq Donald Trampın Ağ Evə başçılıq etdiyi dövrdə yoxa çıxıb.

Dosyedə “Rusiya agentləri” və Moskvanın ABŞ seçkilərinə müdaxiləsi barədə məlumatların olduğu deyilir. Həmçinin bildirilib ki, itən qovluq o qədər qiymətlidir ki, onu yalnız ən yüksək təhlükəsizlik icazəsi ilə araşdırmaq mümkün idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru