MİDA-nın evləri yenə saniyələr içində satıldı

16-12-2023, 11:57           
MİDA-nın evləri yenə saniyələr içində satıldı
Bu gün MİDA-da onlayn şəkildə satışa çıxarılan evlər 1 saniyə ərzində alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə tanınmış bloqer, IT üzrə mütəxəssis Fərid Pərdəşünas “Facebook” hesabında paylaşım edib.

Onun sözlərinə görə, qurum tərəfindən evlərin xüsusi proqramlarla alışının qarşısının alınması üçün ekranda göstərilən təhlükəsizlik tədbirlərinin sındırılması nəticəsində evlərin satışı 1 saniyə ərzində bitib.

Xatırladaq ki, MİDA ilə bağlı problem dəfələrlə sosial şəbəkələrin müzakirə mövzusuna çevrilsə də, qurumun bununla bağlı gördüyü təhlükəsizlik tədbirləri yetərincə olmayıb. Sosial şəbəkə istifadəçiləri evlərin haqsız rəqabət şəklində alındığını qeyd ediblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru