Paşinyanla bağlı bu görüntülər təşviş doğurdu: nələr baş verir? – VİDEO
18-12-2023, 08:44
Ermənistanın Baş naziri Nikol Paşinyanın Gümrü səfərindən yayılan görüntülər ölkədə müzakirələrə səbəb olub.
Referans.az xəbər verir ki, Paşinyanın rəsmi kortejinin sayı ciddi şəkildə artırılıb.
Məlumata görə, mühafizə gücləndirilib.
Son aylarda N.Paşinyanın səfərləri zamanı yoxlamaların gücləndirilməsi diqqət çəkib. Xüsusilə Gümrü səfərindən yayılan görüntülərdə çox sayda rəsmi və polis avtomobilinin olduğu görünür. Sözügedən video sosial şəbəkələrdə “Paşinyanın korteji Ramzan Kadırovu keçib” başlığı ilə paylaşılır.