"Bizdə urbanizasiya özünü qabarıq şəkildə göstərmir" - Rafik Mirzəyev

19-12-2023, 18:34           
"Bizdə urbanizasiya özünü qabarıq şəkildə göstərmir" - Rafik Mirzəyev
Azərbaycanda son 53 ildə, yəni konkret desək, 1970-ci ildən bu yana şəhər əhalisi cəmi 5 faizə yaxın artıb.

APA xəbər verir ki, bunu "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun şəhərsalma şöbəsinin müdiri Rafik Mirzəyev "Mədəni İrs" Forumunda panel müzakirədə çıxışı zamanı deyib.

"Yəni tam rahatlıqla deyə bilərik ki, bizdə urbanizasiya özünü qabarıq şəkildə göstərmir. Sadəcə, məsələ əhalinin respublika ərazisində qeyri-bərabər bölünməsindədir. Belə ki, fikir verin, Bakı şəhərində ölkənin 42 faiz şəhər əhalisi yaşayır. Bu da ümumi əhalinin 23 faizi deməkdir", - o deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru