“Yeni virus sürətlə yayılır” - ÜST xəbərdarlıq etdi

21-12-2023, 12:14           
“Yeni virus sürətlə yayılır” -
Koronavirusun Omikron ştammının alt variantı sürətlə yayılır.

“Qafqazino” xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artan statistika barədə məlumat yayıb.

“JN.1” adlı virus dünyanın bir çox ölkəsində, o cümlədən Hindistan, Çin və ABŞ-də aşkarlanıb.

ÜST sözügedən virusun hazırda ictimaiyyət üçün az riskli olduğunu qeyd edib. Lakin Covid-19 və digər infeksiyaların bu qış arta biləcəyi barədə də xəbərdarlıq edib.

“Qrip, respirator viruslar və uşaqlıq pnevmaniyası kimi viruslar da şimal yarımkürəsində artmaqdadır”,- deyə məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru