Sum və Xarkovda son durum necədir? - Lixovoy açıqladı

10-04-2025, 07:44           
Sum və Xarkovda son durum necədir? - Lixovoy açıqladı
Hazırda cəbhədə hər hansı əsaslı dəyişiklikdən söhbət getmir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat katibi Dmitri Lixovoy Rusiyanın Sum və Xarkov vilayətlərinə hücumunu şərh edərkən bildirib.

"Son bir neçə həftə ərzində düşmən həqiqətən də Xarkov və Kursk istiqamətlərində, xüsusən də Sum vilayətinin sərhəd bölgəsində təzyiqi artırmağa nail olub. Əslində, bu, rusların hələ 2024-cü ilin mayında başladığı hücumunun bir hissəsidir. Eyni zamanda, vəziyyət stabil olaraq qalır. Ukrayna Silahlı Qüvvələri bəzi sərhəd bölgələrində hərbi əməliyyatlar keçirməyə davam edir, aktiv müdafiə tədbirlərinə əl atırlar və uğur qazanırlar”, - Lixovoy qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru