Mask gələcəklə bağlı proqnoz verdi

Dünən, 16:34           
Mask gələcəklə bağlı proqnoz verdi
ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask hesab edir ki, gələcəkdə ucuz pilotsuz uçuş aparatları pilotlu aviasiyanı üstələyəcək.

Oxu.Az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb:

"Pilotlu təyyarələr ucuz dron sürüləri tərəfindən dərhal məhv ediləcək", - iş adamı qeyd edib

Mask bu açıqlaması ilə siyasi aktivist Laura Lumerin paylaşımını şərh edib. Lumer ABŞ müdafiə şirkəti "Lockheed Martin"i beşinci nəsil "F-35" qırıcı təyyarələrinin istehsalı proqramında uğursuzluğa görə ittiham edib. Faəlın sözlərinə görə, "Lockheed Martin" ABŞ vergi ödəyicilərinə və milli təhlükəsizliyinə milyardlarla dollarlıq xəyanət edir, çünki döyüş şəraitində istifadəyə hazır olmayan qırıcı təyyarələr təhvil verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.