HÜQUQ MÜDAFİƏÇİSİNİ HƏBS ETDİRƏN ARAQ KRALI
18-08-2017, 00:24
Ölkə mətbuatı gizli sexlərdə “Xlebnaya” və “Russkiy Kalibr” araqlarının Kürdəmirdə gizli sexdə istehsal olunub Bakıda şadlıq evlərinə paylandığı barədə yazır.
365info.az saytına daxil olan məlumata görə Həsən Məmmədəliyev adlı iş adamı 10 ildən artıqdır ki, ölkəmizə Rusiyadan araq idaxalı ilə məşqul olur. Mənbənin verdiyi məlumata görə ölkənin tanınmış iş adamlarına onun külli miqdarda borcu var. Hətta Moskvada araq biznesi ilə məşğul olan Fuad adlı şəxsə də onun külli miqdarda borcu yaranıb.
Ancaq H.Məmmədəliyev bu vəziyyətdən çıxmağa nail olur. Belə ki, Rusiyadan idxal etdiyi “Xlebnaya” və “Russkiy Kalibr” araqlarının ölkədə gizli sexlərdə istehsalına başlayır. Və yerli malla xaricdən idxal etdiyi malları qarışdıraraq gizli sexdə istehsal etdiyi “Xlebnaya” və “Russkiy Kalıbr” adlı araqları şadlıq evlərinə Rusiya istehsalı adı ilə paylaşdırır.
H.Məmmədəliyevin gizli istehsal etdiyi saxta araqlara bir neçə şərab dükanlarında rast gəldik. Ancaq həmin dükanlar “aksiz”sız mal satdıqları üçün H.Məmmədəliyevdən heç bir sənəd tələb etmirlər. Sonra biz bir neçə iri marketlərdə olduq. Həmin marketlərdən də bizə bildirdilər ki, gizli sexlərdə istehsal olunan mallar marketlər tərəfindən qəbul olunmur və hər bir mala məişət sertifikatı tələb olunur. Ona görə də gizli sexlərdə istehsal olunan araqlar ancaq şadlıq evlərinə verilir.
Haqqında bəhs etdiyimiz şəxs barəsində 365info.az bir maraqlı məlumata da rast gəlib: Deməli, bu şəxs bir neçə il əvvəl tanınmış hüquq müdafiəçilərindən birini həbs etdirib.
365info bildirir ki, internetin “google” axtarış sistemində “Həsən Məmmədəliyev” adını sorğü edəndə bir çox maraqlı materiallar üzə çıxdı. Belə ki, bu şəxsin vaxtı ilə hüquq müdafiəçisi Səyyarə Heydərovanın həbs olunmağında böyük rolu olub. İctimaiyyətdə böyük rezonans doğuran bu qalmaqallı olay ölkə mətbuatında kifayət qədər işıqlandırılıb.
“İmkanlı bir şəxsin qəzəbinə tuş gələn S.Heydərova şərlənərək həbs edilib. 4 kişini döyməkdə (!) ittiham edilən bu qadın bir “cinayət”ə görə iki dəfə həbsə atılıb: “Xatırladaq ki, S.Heydərova 2005-ci ildə yaşadıği evin qarşısında yeni binanın inşa edilməsinə etiraz edib. O, binanı tikdirən iş adamının sifarişi ilə həbs edilib. S.Heydərova 4 kişini 45 dəqiqə ərzində döyməkdə ittiham edilir. Suraxanı Rayon Məhkəməsinin hakimi N.Tağıyeva qanunun tələblərini kobud şəkildə pozaraq S.Heydərova barədə çıxardığı həbs-qətimkan tədbirinin müddətini göstərməyib. Bundan əlavə, N.Tağıyeva S.Heydərovaya qarşı qaldırılmış eyni ittiham üzrə Bakı Apellyasiya Məhkəməsinin qərarına məhəl qoymayıb. S.Heydərova həbsdə olduğu müddətdə 58 gün aclıq aksiyası keçirib. Onun səhhətində ciddi problemlər yaranandan sonra barəsində çıxarılan həbs-qətimkan tədbiri dəyişdirilib. S.Heydərova 58 gün davam edən aclıq aksiyası zamanı sağlamlığını itirib. Həkim komissiyası ona II qrup əlil statusu verib”. (musavat.com – 2009-cu il)
“Mən Həsən Məmmədəliyevin sifarişi ilə həbs edildim”
S.Heydərova hazırda həkim nəzarəti altında müalicə olunur. Səhhəti ağır olsa da, başına gələnlər barədə bizə danışmağa razılıq verdi. O, həbs olunmasının səbəbini həyətlərinin zəbt edən şəxslər tərəfindən sifariş olunduğunu göstərərək, danışdı: “2005-ci il idi, Həsən Lətif oğlu Məmmədəliyev adlı bir nəfər həyətimizin qarajlar olan hissəsini ələ keçirmək istədi. Lakin biz buna imkan vermədik. Həmin ilin yayında Alim Babayev adlı mühəndis həyətimizdə işə başladı. Bizə dedi ki, həyəti təmir edirəm. Həyətimizdə təmir işlərinin hansı təşkilat tərəfindən aparılması ilə maraqlandıq. Məlum oldu ki, təmir bəhanədir, həyətimiz zəbt edilir. Sakinlər buna qarşı çıxdı.
Hüquqşünas olduğum üçün şikayət ərizələrini mən tərtib etməyə başladım. Bir sözlə, Həsən Məmmədəliyev məni özünə qarşı olan maneə hesab etdi. 2005-ci il iyunun 12-də bir polis kapitanı və 3 kişi məni döydü, dalınca da həbs etdilər. Həmin il iyunun 12-dən avqustun 10-dək Şüvəlan təcridxanasında saxlanıldım. Bu müddət ərzində 8 gün aclıq aksiyası keçirdim. Mənə qarşı Cinayət Məcəlləsinin 221.1, 221.2, 221.3 və 221.9-cu maddələri ilə cinayət işi qaldırmışdılar.
Guya mən polis kapitanı Rəsul Davudov da daxil olmaqla Alim Babayevi, Həsən Məmmədəliyevi və Lətif Məmmədəliyevi 35 dəqiqə ərzində ”lopatka”nın sapı ilə döymüşəm. 2006-cı il martın 6-da Apellyasiya məhkəməsində işə baxıldı. Məhkəmənin gedişində günahsız olduğumu sübuta yetirə bildim. Ən maraqlısı isə qarşı tərəfin hadisə ilə bağlı bir-birinə zidd olan ifadələri oldu. Məhkəmədə dedim ki, günahımı sübuta yetirin, gedib kişi qızı kimi cəzamı çəkim.
Mənə qarşı irəli sürülən ittihamlar sübuta yetirilmədiyi üçün hakim Şahin Yusifov haqqımda bəraət hökmü verdi. Lakin Həsən Məmmədəliyev məndən əl çəkmədi. Rusiyadan ölkəmizə spirtli içkilərin gətirilməsi ilə məşğul olan Məmmədəliyev həyətimizdə restoran tikdirir. Həbsdən çıxandan sonra da sakinlərlə birgə tikintinin dayandırılmasına çalışdım”.
“Məni 12 gün dəlilərlə bir yerdə saxladılar”
2007-ci il dekabrın 7-də məni Maştağada yerləşən dəlixanaya apardılar. 12 gün ərzində qanunsuz olaraq dəlilərlə bir yerdə saxladılar. Təsəvvür edin ki, sağlam adam dəlilərin əhatəsindədir. Mən hər an onların hücumuna məruz qala bilərdim. Məni həkim komissiyasından keçirdilər və ruhi xəstə olmadığım haqda arayış verdilər. Dəlixanada qaldığım günlər ərzində də aclıq aksiyasını dayandırmadım.
S.Heydərova Şüvəlan həbsxanasında da aclıq aksiyasını davam etdirdiyini söylədi: “Məhkəmədən sonra məni Şüvəlan həbsxanasına apardılar. Aclıq aksiyasını orada da davam etdirdim. Dekabrın 28-də Penitensiar Xidmətdən həbsxanaya yoxlama gəldi. Mənə bildirdilər ki, sənin işinə yenidən baxılacaq, aclıq aksiyasını dayandır. Müğənni Rəqsanənin bacısı ilə bir kamerada qalırdım. Qızların təkidindən sonra dekabrın 28-də aclıq aksiyasını dayandırdım. Martın 5-də məni yenidən Şüvəlan təcridxanasına apardılar. Martın 7-də məhkəməyə gətirildim və sərbəst buraxıldım. Onu da deyim ki, hakim Natəvan Tağıyeva məhkəmə iclasının qapalı keçirilməsini istəyirdi. Sanki mən Hacı Məmmədovun dəstəsinin üzvüydüm”. (Yeni Musavat, 2008-ci il)
Məlumatı dəqiqləşdirmək üçün Səyyarə Heydərova ilə əlaqə yaratdıq. O bizə bildirdi ki, vaxtı ilə ölkə mətbuatının onun həbsi barəsində yazdıqları doğrudur. O, doğrudan da Həsən və Lətif Məmmədəliyevlərin sifarişi əsasında həbs olunub: “Mən Xətai rayonu, Xudu Məmmədov küçəsi 21-də yaşayıram. Həsən Məmmədəliyev isə qonşu 25 saylı binada yaşayırdı və buna görə mən onun qanunsuz əməllərinin birbaşa şahidi olmuşam. O, çox təhlükəli adamdır və əlindən hər cür pislik gələr. Elə məni də onun özü ilə atası Lətif Məmmədəliyev vaxtı ilə şərləyərək həbs etdiriblər. 6 aydır mən onu görmürəm, yoxa çıxıb. Məhləmizdə tikdirdiyi 3 mərtəbəli qanunsuz tikili də, hansı ki, deyəsən təhsil mərkəzi, kurslar açılacaq idi, tikildiyi 2005-ci ildən fəaliyyət göstərmir, baxımsız vəziyyətdədir, şüşələri belə sındırılıb.
Əvvəllər binanın qarovolçusu var idi, 200 manat məvacib alırdı. O da, burada yerləşən ofisdə tez-tez axtarışların keçirilməsindən qorxub çıxıb getdi.
Həsən Məmmədəliyevin işlərindən baş açmaq olmur. Onun qaranlıq işləri çoxdur. Deyilirdi ki, o, hətta silah alveri ilə də məşğul olub və bir neçə dəfə saxlanılıb. Ümumiyyətlə onun arxasında Xətainin o zamankı icra başçısı İbrahim Mehdiyev dururdu. Həsən ona pul vermişdi ki, obyekti tikməyə icazə üçün. Elə məni də İbrahim Mehdiyev tutdurub. Yaşadığım binanın qarşısında yerləşən binanın qabağında yerləşən həmin binanı Həsən Məmmədəliyev sonra kiməsə satıb. Ancaq indiyəcən orada təzə sahibinə nə iləsə məşğul olmağa qoymurlar. 2-3 milyon manata başa gələn binanın satılsa da işlədilməməsi çox şübhəlidir.
Bu tikili ümumiyyətlə nəzarətdədir. Görün bu adam nələr törədib ki, tikdirdiyi bina daima nəzarətdədir və tikildiyi gündən fəaliyyət göstərilməsinə icazə verilmir”.
“Həsən Məmmədəliyev məni “qanuni oğru” “Masallı Mamed”ə sifariş vermişdi”
Bundan başqa Səyyarə Heydərova 365infoya açıqlama verərək bildirdi ki, Həsən Məmmədəliyev onu həbs etdirməklə kifayətlənməyib, əvvəllər araq biznesi ilə əlaqədar işbirliyi olan kriminal avtoritetlərə müraciət edərək Moskvada kriminal aləmdə xüsusi nüfuza malik, məşhur azərbaycanlı “qanuni oğru” “Masallı Mamed”lə “kontakt” qurmağa nail olub. Lakin, təsadüf elə gətirib ki, 2008-ci ildə Səyyarə Heydərova Şüvəlanda təcridxanada “Masallı Mamed” ilə eyni yerdə cəza çəkib və “Masallı Mamed” isə Səyyarə Heydərovanı təmiz insan kimi tanıdığından ədalətlə hərəkət edərək, onun cəzalandırılmasına qarşı çıxıb. Yəni, Həsən Məmmədəliyev hətta kriminal aləmin məşhur adamlarını belə aldatmağa cəhd edib.
Redaksiyamıza daxil olan digər məlumata görə Həsən Məmmədəliyev qaynatasının xəbəri olmadan, qizlincə evini satıb. Və indi də həmin evi alan şəxs Həsən Məmmədəliyevin qaynı Habillə birləşərək Həsənin əməllərin ifşa edib ictimailəşdirmək niyyətindədilər. Əldə etdiyimiz digər məlumata görə Həsən Məmmədəliyevin 2 milyon manata yaxın “Nikoil Bank”a, 600 min manat, PAŞA Bank-a, 150.000 manat Bank Silk Way-a borcu var və artıq həmin banklar Həsən Məmmədəliyevlə məhkəmələrdə çəkişirlər.
teref.az oaraq adları çəkilən hər bir şəxsin fikirlərini işıqlandırmağa hazırıq!
teref.az