Nazirə tükürpədici dosye: Mingəçevir xəstəxanasında ölüm, rüşvət, gestapo...

2-04-2018, 00:00           

Səhiyyə naziri Oqtay Şirəliyevin menyusuna növbəti tükürpədici faktlar təqdim olunub

Saytın sosial şəbəkələrə və mediaya istinadən verdiyi xəbərə görə, Mingəçevir Mərkəzi Xəstəxanasında həkimlər xəstəni göz görəsi öldürürlər.

Pasientlərdən biri yazıb ki, xəstəxanada pulsuz müayinə yoxdur: “Yaxın qohumumu mədəsində olan kəskin ağrılarla bağlı tibbi müayinədən keçirmək üçün Mingəçevir ŞMX-nə gətirmişdim.

İnanın, qəbul şöbəsində bu qədər növbə heç yerdə görməmişdim. Nə isə, birtəhər iki saata olsa da qeydiyat şöbəsində növbəmi gözləyib sahə həkiminin qəbuluna düşdük.

Göz görə-görə ağrılardan qıvrılan xəstələrə “əsəbdən olub” deyərək onlara köp üçün antibiotik dərmanlardan yazaraq yola verdilər.

Mənə ağrılarından danışanların bir çoxu etiraf edir ki, həkimlərə “hörmət edirlər”, yoxsa onlara geydirmə dərman yazıb yola verəcəklər”.

Şikayətçi bildirir ki, orda söhbətləşdiyimiz insanların böyük hissəsinin şikayətləndiyi məsələlərdən biri həkimlərin onlara pulsuz yaxşı baxmamasıdır:

“Onlar deyirlər ki, dərman qiymətlərinin bahalığı və keyfiyyətsiz olmağı da başqa bir dərddir. Şikayətçilərdən biri deyir ki, təkcə təzyiq üçün yazılan dərmanlar 45-62 manata olur, bu da onun maaşının yarısıdır”.

Müsahiblərimizdən biri deyir ki, 176 manat təqaüd alır, həm də məcburi köçkündür. O bildirir ki, şəkər xəstəliyinə görə lazım olan testləri və dərmanları dövlət pulsuz vermir, böyrəyindən müalicə olduğu üçün lazım olan dərmanları almağa pulu çatmır: “Evdə qohum-tanış kimsə kömək etməsə, dərman ala bilmərəm.

Məlumat üçün deyim ki, fevralın 12-dən mayın 12-dək ölkə əhalisi qeydiyyatda olduğu yerli tibb müəssisələrində, poliklinikalarda pulsuz tibbi müayinədən keçə bilərlər. Amma pulsuz olduğu üçün xəstələri yola verirlər”

FİA.Az-ın verdiyi xəbərə görə, Mingəçevirdəki “Qədiroğlu” restoranında müştərilər – 1998-ci il təvəllüdlü Emil Çingiz oğlu Həsənovla dostu, 1996-cı il təvəllüdlü Orxan Elxan oğlu Mamedovun arasında şəxsi münasibətlər zəminində dava baş verib.

Emil Həsənov restoranın mətbəxindən götürdüyü bıçaqla Orxan Mamedovun bud nahiyəsinə xəsarət yetirib.

Bu zaman davanı sakitləşdirmək istəyən restoranın ofisiantı, 2000-ci il təvəllüdlü Seymur Zeynalov da xəsarət alıb.

S.Zeynalovdan fərqli olaraq, Orxan Mamedovun şah damarı kəsildiyi üçün çoxlu qan itirib və təcili tibbi yardım stansiyasının avtomobili ilə Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub.

Sonradan vəziyyəti ağırlaşdığından o, Gəncə Beynəlxalq xəstəxanasına aparılıb. Oradan bildirilib ki, Mingəçevir xəstəxanasında O.Mamedova lazımı tibbi yardımı göstərilmədiyi üçün ayağında cürümə başlayıb.

Beləcə, ölümünə səbəb olan bıçaq yarasının birini də 2-ci ildir ki, icbari tibbi sığorta sisteminin tətbiq olunduğu Mingəçevir şəhər Mərkəzi xəstəxanasının həkimlərindən alan 22 yaşlı gənc martın 24-də dünyasını dəyişib.

Mingəçevir şəhər Mərkəzi xəstəxanasında tam bir gestapo rejimi hökm sürür. Xəstəxanada baş verənlər, burayla bağlı bütün məlumatlar ictimaiyyətdən cidd-cəhdlə gizlədilir.

FİA.Az-ın mətbuata istinadla verdiyi xəbərə görə, Mingəçevir şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsə Könül Ələkbərov rəhbərlik edir. Məhz onun gəlişindən sonra xəstəxananın fəaliyyətilə bağlı narazılıqlar pik həddə çatıb.

Bir neçə dəfə buradakı müalicədən narazı qalan xəstə yaxınları tibb müəssissəsinə hücum çəkmiş, xəstəxananın şüşələrini sındırmış, hətta texniki vasitələrə belə zərər yetirmişlər.

Ötən ilin sonlarında isə xəstəxananın kardiologiya şöbəsinin müdiri Novruz Həsənovla şöbənin xanım həkimi arasında yaranan mübahisə sonradan davaya çevrilmiş, bu zaman xanım həkim kəsici alətlə Novruz həkimin boğaz nahiyəsinə xəsarət yetirmişdi.

Xoşbəxtlikdən xəsarət elə də ciddi olmamış, davanın qarşısı ətrafda olan tibb personalı alınmışdı. O zaman hadisə şahidlərinin sözlərinə görə, davaya səbəb kardioloqların xəstəni “paylaşa” bilməmələri olmuşdu.

Bu gün Mingəçevir sakinləri üçün şəhər İcra Hakimiyyəti başçısının qəbuluna düşmək Könül Ələkbərovun qəbuluna düşməkdən qat-qat rahat və asandır.

2-ci qrup əlil Mübariz Qasımov isə bildirir ki, sürücülük vəsiqənin vaxtı bitdiyi üçün şəhərdə yeni açılan ASAN xidmətə müraciət edib: “Sağlamlıq arayışı tələb etdikləri üçün Mingəçevir şəhər MX-a üz tutdum.

Xəstəxanadan mənə bildirdilər ki, sürücülük komissiyasından bu arayışı almaq üçün 30 azn ödəniş etməliyəm.

Mən bu tələbə etiraz edərək, Mingəçevir ŞMX Publik Şəxsin baş həkimi ilə görüşmək istədim. Ancaq sən demə, baş həkimlə görüşmək üçün böyük mühafizə səddini aşmaq heç də asan deyilmiş.

Mühafizəçilər ordusu qarşımı kəsərək, bunun mümkünsüz olduğunu bildirdilər. Çox cəhddən sonra, məni müavin İ.Mayılova yönəltdilər. Cənab İ.Mayılov da təsdiqlədiki, bəli, mən bunun üçün 30 azn ödəməliyəm.

Mənim, Mingəçevir sakini olmağım və icbari tibbi sığorta çərçivəsində pulsuz müayinə hüququndan yararlanmalı olmağım barədə suallarım isə cavabsız qaldı.

Bilmirəm, ayda aldığım 130 azn təqaüdlə ailəmi dolandırım, yoxsa hər iki ildən bir 30 azn tibbi komissiyaya, hər il isə texniki baxışa və sığortaya ödəyim?

Bu qardaşımızın sözünə qüvvət, Mingəçevirdə İcbari Tibbi Sığorta tətbiq olunandan bu yana, bütün dövlət müəssisələrində çalışan yerli sakinlər ildə iki dəfə, məcburi tibbi müayinə zamanı 15 azn ödəyirlər.

Başa düşülməyən odurki, dövlət tərəfindən edilən məcburi tibbi müayinənin xərcini, vətəndaş nə üçün ödəməlidir??

Belə çıxır ki, İcbari Tibbi sığorta ilə Azərbaycan Resp.-da tibbi müayinə və müalicənin pulsuz olması haqqında qanunu, bir-biri ilə ziddiyyət təşkil edir.

Əslində belə olması təbiidir, çünki bizim ölkədə qanunlar qüvvəyə minmir, həmişə əksi olur”.

Yazıda ittiham olunan bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.