Məhəmməd Pişnamazzadə - .. Rusiya çarlığının inanmadığı şeyxülislam.

5-01-2023, 09:04           
Məhəmməd Pişnamazzadə - ..
1900-cü ilin bu günlərində sabiq Zaqafqaziya müsəlmanları Şeyxülislamı, Məktəbül-Xeyriyyənin qurucu rəhbəri Məhəmməd Pişnamazzadə Osmanlı, Qacar İranı və digər dövlətlərə casusluq etməkdə ittiham edilərək həbs edilmiş və sürgünə göndərilmişdi( foto həmin dövrün istintaq sənədlərindəndir). Əslində həbsin görünməyən səbəbi onun təhsil sahəsində ərsəyə gətirdiyi fəaliyyət ilə bağlıdır.
Belə ki, 1895-ci ildə Yelizavetpol Vilayət Ruhani Məclisinin sədri seçilən M. Pişnamazzadə seçildiyi vaxtdan bir il sonra Gəncə Məktəbül-Xeyriyyəsini ərsəyə gətirmişdi.
Bu isə Çarlığın xəfiyyələrinin diqqət mərkəzində idi. Daimi nəzarət altında olan məktəb 1899-cu ilin son aylarında bağlanır, Pişnamazzadə isə 1900-cu ilin yanvar ayında Tiflisdə həbs edilir və sürgünə göndərilir.
Şeyxülislamlar Çar tərəfindən rəsmən təsdiq edildiyindən 1909-1915-ci illər arasında qeyri-rəsmi Şeyxülislam vəzifəsini icra etmiş M.Pişnamazzadə Çarlıq üçün etibarlı şəxs sayılmadığından 6 il rəsmən təsdiqlənməyib. Birinci Dünya Müharibəsi zamanı müsəlmanların rəğbətini qazanmağa çalışan Çarlıq nüfuzlu din xadimi Pişnamazzadəni 1915-ci ildə rəsmən vəzifəyə təsdiq etsədə onu ram edə bilməmişdi.
Onun qəlbi həmişə Osmanlı ilə döymüşdü. Millət düşüncəsini ümmətçilikdən üstün bilmişdi. Bu səbəbdən 1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycana gələrkən Qafqaz müsəlmanlarının yaşadığı ərazilərin Osmanlıya ilhakı məsələsində Qafqazda ən önəmli birinci sima o idi.
M. Pişnamazzadə Qafqaz müsəlmanlarının xilasını Osmanlı imperiyasını tərkibinə qatılmaqda görürdü.
Ceyhun Nabi
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru