"Kor olsun o gözlər ki, xalq üçün ağlamır." - Məhəmməd Biryanın vəfat günüdür
19-02-2023, 08:04
Bu bizik?!
Sabah Karaqandada məhbus, Şamaxıda molla, Bakıda mürdəşir, Təbrizdə mədəniyyət naziri... son günlərini də -Təbrizin küçələrində səfil günündə keçirib, kimsəsizlər evində başa vuran Məhəmməd Biryanın vəfat günüdür.
22 ildən artıq həbsdə yatmış Pişəvərinin Mədəniyyət naziri...Onun siyasi tərcümüeyi -halına baxanda həyatının böyük bir qismi aldanışlar, zillət, məşəqqət və məyusluq içində keçirdiyinin şahidi oluruq. Və sizi inandırım ki, heç Parisin lənətlənmiş şairləri də Təbrizin qarğınmış şairi Biriyanın yaşadığı taleyi yaşamayıb.
Milli Azərbaycanın Həmkarlar Təşkilatının sədri, sonralar isə Pişəvəri hökumətində Azərbaycanın maarif naziri vəzifəsinə qədər yüksəldi...Deyilənə görə həbsi üçün şəxsən Mir Cəfər Bağırovdan razılıq alınıb.
Biriya məhkəmədə cəmi bircə günahını boynuna alır. O, NKVD ilə əməkdaşlıq ltizamını imzaladığını İran konsuluna xəbər verdiyinə görə günahkar olduğunu deyir. Biriya Azad Azərbaycan Hökumətinin maarif naziri olarkən iki dəfə Amerika konsulunu qəbul etdiyinə görə müstəntiq bu rəsmi görüşü casusluq fəaliyyəti kimi başa düşürdü. Bu zaman onun əleyhinə ifadə verən də tapılır..
Prokuror onun üçün 15 il iş istəsə də , hakim 10 il iş verir...Sonra isə həbsdən azad olma və yenə həbslər, bəaət ...
Məhəmməd Biriya verilmiş bəraət hökmülə razılaşmayıb. Etirazını Sovet hökümətindən imtiyazlarından istifadə etməmək, şəxsiyyətini təsdiq edəcək hər hansı bir Sovet sənədinə əlini vurmaqla bildirib. Ona ayrılmış təqaüdə aldığı ərzaqla sahibsiz itlər yemləyib. Bunu isə çəkinmədən hamının yanından da nümaişkəranə şəkildə deyib. Zaman -zaman kiril əlifbasından imtina edib ərəb əlifbasına qaytarmağın, marksizm-leninizm məktəblərini bağlamağın, Marksın, Engelsin, Lenin və Stalinin heykəllərini götürməyin, sərhədləri açmağın, aləmi-islamın düşməni olan erməniləri Azərbaycandan çıxartmağın, siyası səbəblərdən həbsə və sürgünə göndərilmiş insanların azad edilməsinin şəriətin bərpa edilməsinin vacibliyi və s. deyib.
Nəhayətdə isə Bakı qəbristanlıqlarında mollalıq, mürdəşirlik eləməyə məcbur olur...Sovet rejimi ona İrana, ailəsinin yanına getməyə icazə versə də o,burada nə oğlunu, nə də həyat yoldaşını tapa bilmir.... Başqa versiyaya görə, tapsa da həyatı qədər sevdiyi arvadı qapını onun üzünə bağlayır.
Çox böyük psixi sarsıntı keçirən Uzun saqqal saxlayan şair, nazir əlinə kitabını götürüb dərviş kimi Təbrizin küçələrində gəzməklə özünün ziddiyyətli ömrünü 1985-ci il fevralın 19-da Təbrizdəki kimsəsizlər evində başa vurur. Məncə O, aldandığından özünə bu şəkildə zülm etdi...
Yox, siz ona ömrünü səfil,kimsəsiz kimi başa vuran kimi tanımayın O, öz kimliyini məzarını bəzəyən "Vəsiyyəyət"ində bildirib...Və düşünürəm ki, onun öz dövrünün poeziya müstəvisində də, məzarını bəzəyən "Vəsiyyət"dən kiminsə üstün şeiri yoxdur.
Vurma əl türbətimə, türbəti-Adəm də mənəm,
Nə o dünya, nə bu dünya, iki aləm də mənəm.
Neyləyim, pey aparan olmadı bu varlığıma,
Eyşi-işrət də mənəm, möhnəti-matəm də mənəm,
Arama qəbrimi, axtarma mənim baş daşımı
Rəsmdə Həzrəti Nuh, ismdə Xatəm də mənəm.
Ruhu qarşısında təzimlə Baba Allahnəzərov
Teref.az