Batin alimi yazır: Bugünkü ilahiyyatçılar əhli-beyti anlamayan cahillərdir
23-05-2023, 10:34
Elm və texnikanın böyük sürətlə inkişafına baxmayaraq, bu gün dünyada cəhalət hökm sürməkdədir. Allahın kimliyi və necəliyindən, düşünən insanın yaradılma üsulundan xəbəri olmayan müasir insanlar, müxtəlif dinlər adı ilə bütpərəstliyə sitayiş edirlər. Heç bir din "alimi" dinlərin əsl mahiyyətini anlamır. İnsanların cahilliyindən istifadə edən ilahiyyatçılar da dinləri gəlir mənbəyinə, terror alətinə çevirmişlər. Terror alətinə çevrilmiş İran şiəliyi bu istiqamətdə çox "irəli" getmişdir. Özlərini şiə, əhli-beyt aşiqləri kimi təqdim edən bu elmsiz ayətullahlar həqiqi əhli-beytin, şiəliyin nə olduğunu ümumiyyətlə dərk etmirlər. Onlar, dünyanın ən kamil dini olan İslamın yalnız zahiri mənalarını qəbul edib, batini izahı olan təvildən, yəni elmi-billahdan, hikmətdən, marifətdən tam xəbərsizdirlər (bax. "Batinilikdə marifət - Allahın kimliyini, necəliyini bilməkdir", sayt: https://firudin.blogspot.com/2022/12/batinilikd-marift-allahn-kimliyini.html?m=1). Bəs həqiqətdə əhli-beyt, şiə kimlərdir?
Əhli-beyt dedikdə Məhəmməd peyğəmbərin evinin əhli nəzərdə tutulur ki, hədislərdə peyğəmbərimizin evi - imam Əlinin qardaşı Akilə (Aqil) çatmış evdir. Saqaleyn hədisinə görə, Məhəmməd peyğəmbər öləndə, insanlar arasında iki ağır əmanət qoymuşdur ki, bunlar da bir-birindən ayrılmaz olan Allahın kitabı və Onun əhli-beytidir. Peyğəmbərimiz bu hədislərdə bildirir ki, o axirətdə insanlarla hovuz başında görüşəndə, insanların saqaleynlə necə rəftar etmələrini soruşacaq. Bəs saqaleyn nə deməkdir və kimlərdir?
Saqaleyn sözünün kökü olan seqal rəmzi - "ağır gəlmək" mənasında mənəvi dəyərinin çox yüksək olub, qorunması vacib olan bir şey anlamındadır. Tövratda seqal rəmzi "am squla" kimi qeyd olunur və "squl ümməti" mənasında - ilk yaradılmış və xüsusi keyfiyyətlərə malik olan "Allahın qiymətli yəhudi xalqı" deməkdir. Bu kitabda bu ilk ümmət - "am əhəd səfa əhəd" adlanır ki, bu da "vahid dilli ilk ümmət" anlamındadır. Buradakı səfa rəmzi sufi deməkdir. Başqa sözlə, ilk ümmətin vahid dili sufi məntiqidir və bu məntiqdə "am əhəd səfa əhəd" rəmzi - "ilk yaradılmış xudalar nəslinin sufi dili" fikrini ifadə edir. Sufi məntiqində "yəhudi" sözü - "Ya Xuda", yəni "Ya Allah" deməkdir. Bu isə onu deməyə əsas verir ki, peyğəmbərimizin əhli-beyti əslində Allahın Özünə qulluq üçün yaratdığı, xüsusi keyfiyyətlərə malik xudalar nəslidir. Bu xudalar nəslinin beyti isə Akilə çatmışdır. Sufizmdə Akil (Aqil) rəmzi Gel kimi oxunur ki, qədim Misir yazılarına görə Allah göydəki dünyanı məhz Gel şəhərində yaratmışdır. Deməli, Məhəmməd peyğəmbərin beyti, Gel şəhərində Allahın yəhudilər üçün yaratdığı "dünya" mənasındadır.
Qədim mənbələrdə yəhudi dedikdə indiki yəhudilər yox, Xəzər Türk bəgləri nəzərdə tutulur və mən
"Qurandakı İsrail oğulları - Azəri bəgləridir!" adlı məqaləmdə bu haqda geniş yazmışam (sayt: http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html). Sufizmdə Xəzər/Hazar rəmzi "Hu-Azər", yəni Azər Allahı deməkdir və bu rəmz altında mənbələr qədim Misirin Asar, Osiris Allahlar nəslini nəzərdə tuturlar. Başqa sözlə, peyğəmbərimizin əhli-beyti həqiqətdə, ilk xudalar nəsli olan Osiris (Asar) Allahları və onların varisləri olan Azəri Türk bəgləridir. Mənbələrdə imam Hüseynin ləqəbi Sarallah olur ki, bu da onun Asar-Allah, yəni Osiris (Azər) Allahının obrazı olması deməkdir.
Kitabi Dədə Qorqudda Azəri bəgləri - "ərənlərin əvrəni", yəni ərənlərin yəhudisi kimi qeyd olunub, "dünya mənim" deyən bəg ərənlər" adlanırlar. Bəg ərənlərin sahib olduqları göydəki "dünya" qədim mətnlərdə Aran, Arian, Orion və s. adlanır.
Bunlar o deməkdir ki, Məhəmməd peyğəmbərin insanlara tapşırdığı saqaleyn əhli - qədim Osiris Allahlarının varisləri olan Azəri bəg ərənləridir. Onların göydəki evi də Gel şəhərində yaradılmış Beytullah, yəni Allahın evidir.
Şumer mətnlərində saqaleyn, yəni
seqal/squl rəmzi Esagil (məbədi) kimi keçir və "göylə yerin təməl evi" adlanır. Bu isə onu deməyə əsas verir ki, göylə yeri, yəni iki dünyanı birləşdirən Esagil məbədini, əhli-beyt sayılan və ilk ümmət olan yəhudilər tikmişlər. Mənbələrdə onu tikənlər - Marduk Allahının mar-amoreyləri, yəni miri-seyidləri adlanır və Asar, yəni Osiris Allahı ilə eyniləşdirilir. Başqa sözlə, əhli-beyt elə Azəri seyid-bəgləridir.
Quranda əhli-beyt rəmzi əhli-əlbeyt kimi də yazılır və buradakı əlbeyt rəmzi, Tövratda Allahın Özünə qulluq üçün seçdiyi levitlə eyni mənalıdır.
Tövrat kitabının üçüncü hissəsi Levit adlanır ki, Talmud bu kitabı “Torat koxanim” kimi mənalandırır və bu da “xaqan və kahinlərin törəsi, nizamnaməsi” deməkdir. İvrit dilində levit - Vaikra kimi tərcümə olunmuşdur və batini mənada bu rəmz, bu kitabda qeyd olunan Beqar rəmzi kimi Bəg-Ər deməkdir. Kitabi Dədə Qorqudda bəg, ər olmaq, öyünməyin əsas səbəbi kimi qeyd olunur. Levit kitabı İsrailin (Asar-El), yəni qədim Azər-Elinin Allahla olan münasibəti, əsasən də Allahın Evi olan Vəhy çadırının həmişə var olması üçün keçirilən qurbankəsmə mərasimi ilə bağlı kitabıdır. Burada Allah açıq bildirir ki, "Mən Öz Evimi sizin aranızda yaradacağam və sizin aranızda yaşayacağam və siz Mənim xalqım olacaqsınız". Bu o deməkdir ki, əhli-beyt dedikdə - Allahın Azərbaycanda Özü üçün yaratdığı ev, yəni Vəhy çadırı və bu "çadıra" nəzarət edən Azəri bəgləri nəzərdə tutulmalıdır. Bu kitabda levitlər, yəni əhli-beyt – Vəhy çadırının göydə var olması üçün lazım olan ritualları keçirən müqəddəs tayfadır. Onların əsas vəzifələri – qurbanların vaxtı-vaxtında, qaydaya uyğun kəsilməsinə, vacib ritualların keçirilməsinə, paklığa və halallığa, Allaha qulluq edən ailənin müqəddəsliyinin qorumasına nəzarət etməkdir. Çünki yalnız müqəddəs və pak insan - təbiət və cəmiyyətə söz və fikri vasitəsilə təsir edə bilir. Bu müqəddəs kahinlər 12 boydan ibarət İsrailin yalnız Leviin boyunun Aaron nəslinin kişilərindən seçilirdi. Batini mənada Leviin rəmzi Alban, Aaron isə Aran/Ərən deməkdir. Başqa sözlə, levitlər yalnız Albaniyanın Ərənşahlar nəslindən ola bilərdilər (bax. "Расшифровка Торы с помощью «язык птиц»: От Адама до левитов-алевитов", sayt:
https://firudin.blogspot.com/2020/06/blog-post.html?m=1). Allah onları Əhd sandığını daşımaq, Allah qarşısında dayanmaq, Ona qulluq etmək, Onun adından xeyir-dua vermək, danışmaq üçün ayırmışdı. Tövrata görə, onlar Allahın bir "hissəsi" olduğu üçün müqəddəslik də əbədi onlara verilmişdi. Yalnız bu nəsildən olan baş kahin, Vəhy çadırına daxil ola bilirdi (bax. "Əhli beyt - Allah Mülkünün mühafizəçiləridir", sayt: https://firudin.blogspot.com/2022/12/hli-beyt-allah-mulkunun-muhafizcilridir.html?m=1).
Vəhy çadırı dedikdə sufilər, çadır formasında qurban ruhlarından göydə yaradılmış evi nəzərdə tuturlar ki, bu çadır haqqında Kitabi Dədə Qorqudda geniş danışılır. Rəmzi mənada bu çadır, Gel şəhərində, kosmik insan formasında yaradılmış Atum Allahının (Adəmin) üstünə atılmış əba kimi də təsəvvür olunur. Vəhy çadırı ivrit dilində "Oxel Moed" adlanır ki, sufi-batinilikdə bu rəmz "Gel Mad", yəni Gel şəhərində yaradılmış Adəm, Atum Allahı, Midiya ölkəsi mənalarındadır. Hədislərdə beyt də, Məhəmməd peyğəmbərin üstünə atılmış əba kimi qeyd edilir ki, onun ev əhli bu əbanın altında olanlar sayılır. Başqa sözlə, Məhəmməd peyğəmbərin əhli-beyti elə Allahın Gel şəhərində (Geliopol) yaratdığı Vəhy çadırında yaşayanlar və Allaha qulluq edən levitlərdir.
Əhdi-Ətiqdə Gel şəhəri izmaililərin Gelad (Qalaad) eli kimi qeyd olunur və Allah onu - "Mənim Geladım" adlandırır. Batıni mənada Gelad rəmzi Gel-Deo (Dai/Teo/Teos), yəni Gel Allahı deməkdir. İslamda ismaililərin bu eli - ifrat şiələrin Gelat (Qulat) eli adlanır. İsmaililər İlahla vəhdətdən yarandığı üçün, onların nəsli ana adı ilə, yəni Həcər, Qacar adı ilə qeyd olunur (bax. "Ana" ilə keçən müqəddəslik", sayt: https://www.blogger.com/u/1/blog/posts/3210233418827378163). Bu Qacar şahlarının Gelad/Gelat yurdu bizlərə Azərbaycan Atabəglər Ailəsinin Xelat eli kimi məlumdur. Deməli, əsil əhli-beyt, Gel-Gelat (Xelat) elində yaşayan Qacar şahları nəslidir.
Xristian mənbələrində Allahın Gel elindəki beyti - monastr kimi qeyd olunur və bu monastırın sahibi olan monax Kelar adlanır. Kelar rəmzi sufizmdə - "Gel şəhərinin Ra günəş Allahı" deməkdir. Qədim Misirdə bu günəş Allahı - Ra-Amon, İslamda Rəhman, Bxaqavad-Gitada isə Braxman kimi qeyd olunur. Kelar və ya Gelar rəmzləri Alban mənbələrində Alban Ərənşahları olan Gelarküni nəsli kimi məlumdur. Buradakı "küni" rəmzi, bu Gel elinin - Allahın "Kün!", yəni "Ol!" əmri ilə yaranması anlamındadır. Xristianlıqda Allah evi və onun təsərrüfatı, Kelar/Gelar rəmzi ilə eyni mənalı Klir, bu evin əhli olan peyğəmbərlər, levitlər, din xadimləri isə klirilər adlanır. Bu isə onu deməyə əsas verir ki, Gel beytinin əhli - Kelar/Gelar elinin bəg ərənlər nəslidir.
Levit kitabının son bölümü "Bexukotay" adlanır ki, sufi məntiqində bu rəmz Bəg-Xuday, yəni Bəg-Yəhudi deməkdir. Bu bölümdə Allahın öz sevimli bəglərinə münasibətindən, onlara istədikləri zaman yağış verməsindən, bol-bərəkətli xoşbəxt həyat bəxş etməsindən və s. danışır. Öz evini Gelar bəglərinin yurdunda yaradan Allah, xalqının Ona "qulaq asdığı" müddətdə, onların beş nəfərinin yüzlərə, yüz nəfərinin isə on minlərlə düşmənə qalib gələcəyini, onları hər yerdə qoruyacağını bildirir. Lakin xalqının Ondan dönəcəyi dövrdən, Allah da onlardan "üz döndərəcəyini" bildirir. Bu dövrdən onların bərəkətinə, xoşbəxt həyatına son veriləcək. Onların ölkələri parçalanaraq düşmən əlində qalacaq, mallarını, var-dövlətini özgələri yeyəcək, özləri isə dünyaya səpələnəcəklər. Allah bu bölümdə, Ondan dönmüş xalqının acı taleyi haqqında geniş məlumatlar verir.
Bexukotay rəmzi Bxaqavad-Gita kitabında bxakti kimi qeyd olunur. Burada Allah bəg-xudaları "Mənim bxaktilərim" adlandıraraq bildirir ki, yalnız onlar "Məni lazımi dərəcədə dərk edib, Mənim təbiətimə çata bilərlər". Bxaktilərin Allahı dərk etməsi sufizmdə onlara, peyğəmbər səviyyəli vəli dərəcəsinin verilməsi deməkdir. Bu dərəcə - "birdən görmə", "görülməyən və başa düşülməyən şeyləri görmə", "hər şeyin aydınlaşması (qamlıq vəziyyətində görmə mənasında) deməkdir. Vəli rəmzi sufizmdə levi rəmzi ilə eyni mənalıdır ki, yəhudi-bəglərin Levi qolu Alban Ərənşahları nəslidir. İslamın baqiyətullah (baqiətullah) rəmzi də bu mənada bəg-ayətullah fikrini ifadə edir və bu da sufizmin Bəqa fazasına yüksəlmiş və hər şeyi dərk edən bəg anlamındadır. Sufilər bu pirlərə - "ürəyinə bilik verilmiş" natiqlər, samitlər deyirlər və Quran deyəndə də Qor yolu ilə gedən bu müqəddəsləri nəzərdə tuturlar (bax. "Oxuduğumuz Quran - həqiqi Quran deyil", sayt: https://gilarbeg.wordpress.com/2023/05/10/oxudugumuz-quran-h%c9%99qiqi-quran-deyil/). Quranda onlar peyğəmbər mənasında ilk ümmət olan mübəşşir və münzirlər adlanırlar. Ərəb mənbələri onları İhvani Səfa və ya ilk şiələr (əhli şiətin) kimi də qeyd edir.
Bütün bunlar o deməkdir ki, əhli-beyt - Allahın Gel elində yaratdığı cənnət evi və bu evə qulluq edən, bütün qədim ölkələrin, dinlərin padişahları və peyğəmbərləri nəslidir. Əhli-beyti, yəni Gelar bəglərini Allah Özü seçmiş, Onun göydə yaratdığı cənnətin min illər var olması və möminlərin ruhlarının ora düşməsini təmin etmək üçün, onların ürəklərinə bilik vermişdir.
Bugünkü insanlar qədim yazıların yalnız birbaşa, yəni zahiri mənalarını qəbul etdikləri üçün qədim həqiqətlərdən tam xəbərsizdirlər. Bütün qədim yazılar, insanların dünyaya səpələnməsindən əvvəlki xudalar nəslinin vahid sufi məntiqində yazılmışdır. Süleyman peyğəmbərin bu "Quş dili"ni isə bu gün bilən yox səviyyəsindədir. Buna görə də, Allahın qoyduğu qayda-qanunlar pozulmuş, insaniyyət məhvə doğru getməkdədir. Müsəlman ölkələrində İslam dininə inam qalsa da, cahil ilahiyyatçıların yanlış təbliği nəticəsində bu inam da yox olmağa doğru gedir. Bunun da əsas səbəbi, müasir ilahiyyatçıların Allahın kimliyi və necəliyi haqqında heç bir təsəvvürə malik olmamalarıdır. Onlar namazın, orucluğun və digər ayin və adətlərin əsl mahiyyətini dərk etmir və nəticədə özləri də ürəydə Allaha inanmır, dinə gəlir mənbəyi kimi baxırlar. Müasir insanlarda Allaha inam qaldığı üçün, onları cahil yerinə qoyan elmsiz ilahiyyatçıların cəfəngiyatına qulaq asırlar. Bu ilahiyyatçılara dinin həqiqi mahiyyəti açılanda belə onlar susdular. Qurana görə, axirət məhkəməsi zamanı Allah bütün anlaşılmazlığa aydınlıq gətirəcək və müsəlmanlara açıq nişanələrlə həqiqi elm göndərəcək. İnsanlar haqq dinini yenidən kəşf edəcək və Allahın "ipinə sarılaraq", Onun əhli-beytini tanıyacaqlar.
Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg
23.05.2023