Həmidə xanım Cavanşirə atası vəfat edəndə vəsiyyət edir ki, qızlar ilə oğlanların birgə oxuduğu məktəb açsın. Həmid xanım 1912-ci ildə Kəhrizlidə öz hesabına məktəb açır. Bölgədə kütləvi xəstəlik yayılanda o özü şəxsən körpələri faytonu ilə mərkəzə aparıb onlara peyvənd vurduraraq sağalmasını təmin edirdi. 1905-ci ildə qıtlıq zamanı Həmidə xanım müsəlman kəndləri ilə yanaşı, erməni kəndlərinə də yardım göndərmişdi. Ermənilər isə bu yaxşılığın əvəzində onlara ac vaxtı yardım aparan kəndləri yandırıb məhv etmişdilər..