ORDU HAQDA.
30-06-2015, 17:02
Bilmirəm bu millət xarab olub,ya mən həddindən artıq əsəbi.
Yenidən milyardların havaya sovrulması,hansısa bir Avrop avantyurasına sərvətin axıdılması fonunda-cəmiyyət yenə də "başaldadanların" dümbəyinə -ORDU CİNAYƏTLƏ DOLUDUR,ƏSGƏRİ BİT BASIB.ZABİTLƏR ƏSGƏRLƏRİ ÖLDÜRÜR havasına oynamaqda davamlıdır.
Bu kontingentin bəzisi hec ordu haqqında anlayışı olmayan,özünü monitor qabağında "marşall" görənlər, bəzisi "iti məsciddən qovan" kimi ordudan bu ya digər qəbahətlərinə görə qovulanlar.bəziləri BQS zamanı döyüşlərə televizordan baxıb-lakin döyüşcülərdən əvvəl "vetean" kitabcası alanlar,bəziləri isə,evdə ,işi gücü kompyuter qarşısında oturub və monitordan qızıb.əri evə gələndə yorğun kişidən istədiklərini ala bilməyib,qızğınlığını yenidən Feysdə ordunu söyməklə soyudan xanımlardır. Adekvat adam ordunun neqativlərini -adekvat olaraq təhlil edir ,neqativ və pozitiv qərara gəlmək ücünn mənbə yarada bilir.
Ordu kimdir? Onu nəylə yeyirlər?
Cox təəsüf olsun ki,ordu və silahlı qüvvələr deyiləndə coxları bu anlamı,şəffaf,təmiz,nəsə ilahi bir varlıq hesab edir,neqativ olan hadisələri isə orduya yaraşmadığını düşünür. Bu səhf anlamdır. Hələ 100 və daha artıq quruluş tarixi olan ordularda bu kimi keyfiyyətlər yoxdur-və olacağı da müəmmalıdır. CÜNKİ-ORDU CƏMİYYƏTİN BİR PARASIDIR.
Əyər cəmiyyətdə müəllim şagirdə bilik vermək əvəzinə,süpürgə pulu yığırsa,məktəbi i boş,özünün isə repetitorluğunu dahi hesab edirsə,cəmiyyətin səhiyyəsində həkim adi iynəni xəstəyə"şirinliksiz vurmursa,daydayı olmayan xəstəyə yaxın getmirsə",cəmiyyətin tərbiyə və təlimi ucuz teleşoular,tumancaq xalq artistləri ilə başlayıb,mobil fahişəxana saytları ilə qurtarırsa-ORDUDA şəffaflıq axtarmaq sadəcə axmaqlıqdır. Cünki orduda və ordunu da idarə elən kicik və böyük komandirlər,həmən müəllimin.həmən həkimin,həmən şoumenlərin övladı,qohumu və qardaşıdır.
Bundan əlavə cəmiyyət öz evində tərbiyəsiz və təlimsiz uşaq böyüdüb 18 yaşına catdırdıqdan sonra,1 il 6 ay müddətində ordudan ETALON evlad qəbul etmək istəyində nə kimi haqlıdır?
Bu gün ordu xəstədir.Cəmiyyət kimi. Bu xəstəliyin dərmanı var,cəmiyyətin də. Lakin bu xəstəliyi müalicə etmək istəyən yoxdur. Cünki bu müalicə mənbəyini bir cox faktlardan götürür.
Dövlət və hökumət bu gün-dövlətciliyi qorumuş və qoruyan kontingentə-Avropa oyunlarına gələn düşmən idmancıları qədər də diqqətli deyil. Veteranların özlərinin sayı qədər problemləri,hərbcilərin tam həll olunmayan sosial problemləri,cağırışcıların problemləri-Dünyaya möhtəşəm oyunlar bəxş etməyi bacaran dövlətdə,həll oluna bilməyən bir ağrılı problemə cüvrilib. Belə cıxır ki, üstümüzün bəzək olması prinsipi hələ illər boyu ,altımızın təzəyinin iyinə qarışsa belə-onu təmizləyib altı bəzəmək yox,sadəcə ətir vuraraq bu mənfur iyi örtbasdır edəcəyik. Problem var-bu problemi biz sadəcə boşboğazlıqla,"əsgər küftə bozbaş" yeyir kimi populist cıxışlarla həll edə bilmərik. Sadəcə problemi həll etmək ücün azacıq istək lazımdır.
Bu gün Azərbaycan-əyər milyardlar xərcləyib göyə fişəng buraxıb,Ledi Qaqanın anqırmasına külli miqdarda vəsait buraxırsa-Ledi Qaqadan da bu millətə yararlı və qiymətli olan Qarabağ Qazilərinə vəsait ayirmamasının səbəbi nədir? Hər zaman bu sualı özümə və başqalarına vermişəm: Oğru və millətə düşman məmurları qiymətli olan dövlətin qarşısında -Qarabağ qazilərinin hansı günahı var ki, onlar oğrudan da aşağı qiymətlənir?
Ordu yaranma tarixinə görə sayılır. Ordu qanla,tərlə,zəhmətlə yaradıldı. Onu biz yaratdıq. Ona görə də onun neqativi neqativimiz.pozitivi isə pozitivimizdir. Lakin cəmiyyət nə qədər öz dəyərlərinə suya tullanarkən əyindən cıxıb,axınla uzağa gedən yaş trusik kimi baxacaqsa-o zaman dənizdən cıxanda ayıb yerini örtməyə bir əsgi parcası da tapmayacaq.
Ayıb yerini ört ay cəmiyyətim...
Abuzər Əbilov