Azərbaycan Respublikasının Kəlbəcər və Laçın rayonlarında gedən döyüşlərin analizi.
1-07-2015, 19:07
DÜŞMƏN 60 MİN ƏHALİSİ OLAN KƏLBƏCƏR RAYONUNU MÜHASİRƏYƏ ALARAQ SOYQIRIM TÖRƏTMƏYƏ ÇALIŞIRDI. LAKİN LAÇIN DÖYÜŞLƏRİNDƏN HİSSƏ-HİSSƏ ÇIXARILSA DA, ÖZÜNÜ KƏLBƏCƏRƏ YETİRƏN 701-Cİ BRİQADA (1∕15 NİSBƏTİNDƏ GEDƏN) DÖYÜŞLƏRDƏ 400 HƏRBÇİ HƏYATINI FƏDA EDƏRƏK ƏHALİNİ SOYQIRIMDAN XİLAS ETDİ.
ERMƏNİ QƏSBKARLARININ SOYQIRIM ZƏNCİRİNİ KƏLBƏCƏRDƏ QIRARAQ CANLARINI FƏDA EDƏN QƏHRƏMAN OĞULLARIMIZ BUGÜN DƏ O TORPAQLARDA YATIR.
Azərbaycan Respublikasının Kəlbəcər və Laçın
rayonlarında gedən döyüşlərin analizi.
Bakı Ali Birləşmiş Komandanlıq məktəbinin:
Taktika kafedrasının rəisi polkovnik R.M. Muxtarovdan, xidmət stajı 20 il, Furunze adına Hərbi Akademiyanı bitirib;
Hərbi mühəndis kafedrasının rəisi polkovnik S.M. Əliyevdət, xidmət stajı 39 il, hərbi mühəndislik Akademiyasını bitirib;
Taktika kafedrasının rəisinin müavini polkovnik – leytenant B.M. Pryaniçnikovdan, xidmət stajı 27 il, Lenin adına Hərbi Akademiyanı bitirib;
Taktika kafedrasının müəllimi İ.A.Vəliyevdən, xidmət stajı 58 il, Frunze adına Hərbi Akademiyanı bitirib;
Taktika kafedrasının kəşfiyyat silsiləsinin rəisi polkovnik V.M. Şabanovdan, xidmət stajı 23 il, Frunze adına Hərbi Akademiyanı bitirib;
İbarət Hərbi espertlər qrupu,BABAKM rəisinin 21 Fevral 1996-cı il tarixli 57 №-li əmrinə əsasən,Azərbaycan Respublikası Kəlbəcər rayonunun müdafiəsi üzrə 1993-cü il martın 26-dan 1994-cü il aprelin 4-dək aparılmış döyüş əməliyyatlarının Hərbi taktiki ekspertizasını keçirtdi.
Komissiya işin gedişində Döyüş Nizamnamələrinin əldə rəhbər tutaraq, öz qarşısında aşağıdakı suallara cavab tapmaq vəzifəsinin qoymuşdu:
I. 701-ci Hərbi hissə / I MABr/ sərəncamında olan texnika və canlı qüvvə ilə Kəlbəcər rayonunu müdafiə edə bilərdimi, əgər bilərdisə buna nə mane oldu? :
A. I MABr 1992-ci il sentyabrın 15-dən 1993-cü il martın 5-dək eni kilometrə qədər olan müdafiə zolağı tutaraq, Laçın rayonunun Şimal-Qərb hissəsinin müdafiə etmək üzrə döyüş tapşırığını yerinə yetirirdi.Kəlbəcər və Laçın rayonlarında döyüş əməliyyatlarının başlanmasından 20 gün əvvəl vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq Baş qərargahın DQŞ- 2 saylı 5.03.93-cü il tarixli direktivi ilə “L-ci MABr üçün müdafiə zolağı Alxaslı,Çaraktar,Kəlbəcər rayon mərkəzi,”Dəlidağ” müəyyən edilmişdi.
I MABr müdafiə zolağına əlavə olaraq, Kəlbəcər rayonunun ¼ hissəsi qədər ərazi daxil edilmişdi,lakin bu ərazi Ermənistanla dövlət sərhəddi boyunca uzanan sahəni əhatə etmədiyiondən sonralar düşmən oradan əlavə yardımlı zərbə ilə Kəlbəcər rayonuna hücumunu davam etdirdi. Elə bu döyüş sənədi ilə də birinci MABr-üçün ön xətt müəyyən edilmişdir (sxemə bax).
B. I MABr-nın müdafiə zolağı Laçın rayonun Şimal qərb hissəsi və Kəlbəcər rayonun Cənub –Qərb ərazisində yer səthinin quruluşu (relyef) nəzərə alınmaqla 100 kilometrdən artıq idi ki, by da Döyüş Nizamnaməsində müəyyən edilmiş normativlərdən 3 dəfədən də çox artıq idi. (Quru Qoşunlarının Döyüş Nizamnaməsi, I hissə, maddə 86” Müdafiə zolağının eni döyüş imkanlarından asılı olaraq, 30 km-ə qədər ola bilər.)
Kəlbəcər rayonunda Ermənistanla Dövlət sərhəddi sahəsi bu müdafiə zolağına daxil deyildir. Uzunluğu 70 km-dən artıq olan həmin sahədə I MABr-nın 3-cü MAT-nun zastavaları yerləşirdi,həmçinin uzunluğu 25 km-dən artıq olan və I MABr-nın mövqeyinin Şimal hissəsi,o cümlədən Ağdaban yaşayış məntəqəsi və Omar aşırımına aparan yol həmin müdafiə zolağına daxil deyildir.
V. Düşmən hücumundan əvvəl I MABr-nın 6 taborunun ikisi (sərhədçilərin vəzifəsinin icra edən 3-cü MAT və Çaraktar yaşayış məntəqəsi rayonunda döyüş mövqeləri tutan I-ci MAT) Kəlbəcər rayonunda yerləşirdi. I MABr-nın qalan qüvvələrində,Baş Qərargahın müəyyən etdiyi müdafiə zolağında idi.
Q. Qoşunların döyüş qabiliyyəti deyənda onların döyüş əməliyyatları aparmaqla, döyüş tapşırıqlarını yerinə yetirməyə qadir oldüqları başa düşülür. Döyüş qabiliyyəti qələbəyə nail olmağın həlledici şərtidir.
Briqada şəxsi heyətlə və silahla cəmi 60 faiz, döyüş texnikası ilə isə 15 faiz komplektləşdirilmişdi. Deməli düşmənin hücumu vaxtı I MABr-ın döyüş qabilliyəti, onun komandirindən asılı olmayaraq, məhdud idi. Briqadada döyüş, həmçinin qeyri döyüşdə don vurmuşlar, xəstələr itkiləri vardı. Nə MABr komandirinin, nə də Müdafiə Nazirliyinin ehtiyat şəxsi heyəti olmadığından çatışmamazlığın yerini doldurmaq imkanı yox idi.
Nəticə:
Yuxarıda deyilənlərə əsasən, təsdiq etmək olar ki, Laçın rayonunda və Kəlbəcər rayonunun Cənub-Qərb hissəsində müdafiə mövqeyi tutmuş I MABr, sərəncamında olan şəxsi heyət, silah və texnika ilə ondan 3-4 dəfə üstün olan və üç əsas istiqamətdən hücuma keçən düşmənə müqavimət göstərə, eyni zamanda Laçın və Kəlbəcər rayonların müdafiə edə bilməzdi.
Yalnız Kəlbəcər rayonun müvəfəqiyyətli müdafiəsini təşkil etmək üçün döyüş mövqelərində azı iki MABr-yerləşdirmək və bir briqadanı da ehtiyatda saxlamaq lazım idi.
2. ”Respublikanın sərhədyanı rayonlarında müdafiə qurğularının inşası haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.1992-c- tarixli qərarının yerinə yetirilməməsinin düşmən tərəfindən Kəlbəcər rayonunun işğalında rolu olubmu?
A. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mühəndis qoşunları idarəsi tərəfindən Azərbaycan Respublikasının bütün sərhədyanı rayonlarında istehkam qurğuları və mühəndis maneələri sisteminin yaradılması üçün hesablamalar aparılmış və lazımı məlumatlar hazırlanmışdı.Bu hesablanmalar Nazirlər Kabinetinə verilmiş və bunların əsasında “Respublikanın sərhədyanı rayonlarında müdafiə qurğularının inşası haqqında”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.1992-ci il tarixli qərarı qəbul olunmuşdu.
B. Nazirlər Kabineti 28.08.1992-ci il tarixli Qərarı ilə Ermənistanla Dövlət sərhəddinin Kəlbəcər rayonundakı sahəsində müdafiə qurğularının inşası rayon İcra hakimiyyəti başçısının rəhbərlik etdiyi Müdafiə şurasına həvalə edilmişdi. Nazirlər Kabineti öz qərarını icra üçün məhz onun ünvanına göndərmişdi.
V. Azərbaycan Respublikası Silahlı qüvvələrinin hissə komandirləri yalnız Ali Baş Komandanının –Prezidentin, Müdafiə Nazirinin və yuxarı qərargahların əmrlərinə tabedirlər.
Q. Yuxarıda göstərilən işlərin yerinə yetitilməsindən ötrü döyüşən briqadanı Laçın rayonundan Kəlbəcər rayonuna daşıyıb aparmaq üçün IMABr komandiri və onun qərargahı yazılı döyüş əmri olmalı idilər.
D.Komissiya müəyyən etmişdir ki, Kəlbəcər rayonun Ermənistanla sərhəd sahəsində mühəndis qurğularının inşası haqqında I MABr komandiri və onun qərargahı heç vaxt əmr olmamışdır.
E. 10 sərhəd zastavasına ayrılıb parçalanmış 3 MAT, gecə-gündüz Ermənistanla sərhəddə patrul xidmətini yerinə yetirə-yetirə yuxarıda göstərilən iri həcmli işlərin görülməsinə cəlb edilə bilməzdi.
Nəticə:
Ermənistanla dövlət sərhəddinin Kəlbəcər rayonundakı sahəsi Laçın rayonunda arası kəsilməyən döyüş əməliyyatları aparan I MABr-nın müdafiə zolağına ( cavabdeh olduğu zonaya ) daxil olmamaışdı.
I MABr komandiri və onun qərargahı dövlət sərhəddinin Kəlbəcər rayonundakı sahəsində müdafiə qurğuları inşası barədə heç vaxt nə yazılı, nə də şifahi əmr və sərəncam almamışdı. Laçın rayonunda döyüş əməliyyatları aparan İ MABr şəxsi heyəti dövlət sərhəddinin Kəlbəcər rayonunda kı sahəsində mühəndis qurğuları inşası ilə məşğul olmalı deyildi və bununla məşğul ola da bilməzdi.
Deməli I MABr komandiri mühəndis qurğularının inşası üçün məsuliyyət daşımır.
3. I MABr komandiri polkovnik Ə.Qəni-zadənin döyüş əməliyyatlarının hazırlanması və aparılması vaxtı fəaliyyəti necə qiymətləndirilməlidir?
A. Baş qərargahın 05.03.1993-cü il tarixli 02 saylə direktivi ilə I MABr üçün müdafiənin iki komandirlərlərinə verdiyi 008 saylı 15.03.1993-cü il tarixli tövsiyyələrə əsasən isə briqadanın döyüş düzümü ümumqoşun ehtiyyatı ayrılmaqla bir eşalonda olmalıdır. I MABr komandiri polkovnik Qəni-zadə böyük komandiri göndərmiş olduğu MN 008 saylı tövsiyyələrini yerinə yetirmişdi.
B. I MABr komandiri tərəfindən müdafiə üçün vaxtında qəbul edilmiş, xəritədə əks olunmuş və I-ci ordu korpusunun qərargahına göndərilmişdi. I MABr komandiri müdafiə döyüşləri gedişində bölmələrin şəxsi heyətlə, silahlarla, döyüş texnikası iləkomplektləşdirilməsi sahəsində tədbirlər həyata keçirmişdi. Lakin briqada və Müdafiə Nazirliyində ehtiyatların olmaması ucbatından, I MABr komandirinin günahı olmadan, I MABr bölmələri düşmənin Kəlbəcər və Laçın rayonlarına iri miqyaslı hücumunun başlanmasından əvvəl lazım olan şəxsi heyyət, silah və döyüş texnikası ilə kompletləşdirilməmişdi. Avtobuslarda, metrolarda, küçələrdə yığılıb döyüş əməliyyatları gedişində cəbhəyə göndərilən marş bölüklərinin hazırlıq səviyyəsi olduqca aşağı idi. Hazırlıq keçməyən, atıcı qumbaraatandan istifadə etməyi, qumbara atmağı bacarmayan yeni gələn əsgərlər Kəlbəcər rayonunda vertalyotlardan düşən kimi silah alıb dərhal döyüşə göndərilirdilər, çünki vəziyyət gələnlərə təlim vermək, nları döyüş üçün uyğunlaşdırıb nizama salmağa imkan vermirdi. Marş bölükləri təşkil edilməmiş halda, komandir heyəti olmadan gəlirdilər. Komandirlərin döyüş başlanmamışdan əvvəl, döyüşdə “bölmələrə” komanda verməyi bacarmayan əsgərlər sırasından seçib təyin etmək lazım gəlirdi. Bu, ona gətirib çıxarırdı ki, döyüş gedişində yeni gəlmiş cavan əsgərlərdən yaradılan və döyüşə göndərilən bölmələr düşmənin güclü təzyiqi altında döyüş mövqelərini qoyub tərk edir, silahı atıb döyüş meydanından fərarilik edirdilər. I MABr komandiri bu zaman bölmələrə şəxsən rəhbərlik edir, müdafiəni təşkil edir və təlim keçməmişdən bu bölmələrin bütün hücumlarına şəxsən başçılıq etməyə məcbur olurdu.
V. MN 049 saylı 15.03.1993-cü il tarixli əmri ilə I MABr komandirinə 1993-cü il martın 25-dək Kəlbəcər rayonun mərkəzinin müdafiəsini təşkil etmək tapşırılmış,bu əmri yerinə yetirmək üçün lazım olan qüvvələr və vasitələr sabiq Müdafiə Naziri tərəfindən ayrılmamaışdı.
I MABr komandiri polkovnik Ə.Qəni-zadə şəraiti,briqadanın döyüş imkanlarını, döyüş əməliyyatları rayonunu ehtiyyatların olmamasını, ön xəttdə bölmələrin komplektləşdirilməsini götür-qoy edib qiymətləndirərək, I ordu korpusu komandiri tərəfindən təsdiq edilmiş və böyük komandirin ümumi niyyəti çərçivəsindən çıxmayan yeganə düzgün qərar qəbul etdi: düşmənlə biləvasitə təmasda olan bölmələri ön müdafiə xəttindən çıxarmamaq, mühasirə təhlükəsini nəzərə alaraq, öz bölmələrini kiçik məkanda /Kəlbəcər rayon mərkəzində/ cəmləşməsinə yol verməmək, əks halda bu bölmələr bütün silah növlərinin zərbəsi ilə asanlıqla darmadağın edilə bilərdilər. /QQDM I.hissə, maddə 431/.
Qərarın qəbul edilməsi səbəbləri:
a) Kəlbəcərin rayon mərkəzinin dairəvi müdafiəsinin təşkil etmək üçün bölmələrin olmamsı:axı bunun təşkili üçün I MABr komandiri ön xəttdən ikiyə qədər motoatıcı tabor çıxarıb gətirməli idi ki, bu da düşmənin maneəsiz irəlıləməsi və Omar aşırımına gedən əsas yolları alması təhlükəsini yaradır və Kəlbəcər rayonun müdafiə olunan bölmələrini və yerli əhalini mühasirəyə almağa imkan verərdi.
b) Kəlbəcər rayon mərkəzi əsas nəqliyyat vasitələrindən və yollardan kənarda yerləşirdi və mühüm operativ-taktiki obyekt sayılmırdı. Omər aşırımı düşmən tərəfindən tutulsaydı Kəlbəcər rayon mərkəzini saxlamağın heç bir mənası yox idi.Düşmənin hücumu gedişində yaranmış real vəziyyəti nəzərə almadan həmin əmri kor-koranə yerinə yetirmək olduqca ağır nəticələr verə bilərdi.
q) Yuxarı rəhbərliyin I MABr bölmələrinin yerdəyişməsini müəyyən edən əmr və sərəncamları,ona köməklik göstərilməsi döyüşlərin müqəddaratına təsir göstərə bilməzdi, çünki I MABr bölmələri Laçın rayonunda düşmənlə biləvsitə təmasda idilər və deməli, onların döyüşdən çıxması və geri çəkilməsi düşmənin daimi atəşinin təsiri altında həyata keçirilərdi ki, bu da əlverişli xəttə çıxmağı və müdafiənin hazırlanmağını çətinləşdirərdi. Bundan başqa, Kəlbəcər rayonunda 30 Mart 1992-ci il üçün artıq olduqca ağır vəziyyət, onun ərazisində yerləşən bölmələrin mühasirəyə düşməsi təhlükəsi yaranmışdı və briqadanın düşmən tərəfindən işğal olunmuş Kəlbəcər rayonuna girən bölmələri mühasirəni yarıb çıxmaq əməliyyatını həyata keçirirdilər.
Nəticə:
I MABr komandiri olduqca ağır vəziyyətdə,düşmənin üstünlük təşkil edən qüvvələrinin mühasirəsinə düşmək təhlükəsi altında döyüş əməliyyatları apararkən düzgün hərəkət etmişdir.Polkovnik Qəni-zadə müdafiə döyüşü gedişində döyüşün gedişinə nəzarət edir, vəziyyət haqqında daim məlumatlar toplanmasını təşkil edir, vəziyyəti düzgün qiymətləndir, vəziyyətin dəyişməsi ilə əlaqədar vaxtında bir qərara gəlir, dəqiqləşdirilmiş tapşırıqları bölmələrə çatdırır, əmrlərin yerinə yetirilməsinə nəzarət edirdi. Döyüşün həlledici anlarında şəxsən özü daha mühüm istiqamətlərdə olur və sərəncamında olan qüvvə vasitələri ilə döyüşün müqəddaratına vaxtında şəxsən təsir edir və bu zaman əsil mərdlik və qəhrəmanlıq nümunələri göstərirdi.
4. DÖYÜŞ SƏNƏDLƏRİNİ MƏHV EDƏRKƏN I MABr KOMANDİRİNİN VƏ TABELİYİNDƏ OLASN ZABİTLƏRİN HƏRƏKƏTLƏRİ NECƏ
QİYMƏTLƏNDİRİLMƏLİDİR?
A. 1993-cü il aprekin 2-də düşmən canlı qüvvə və texnikadakı üstünlüyündən istifadə edərək, I MABr-ın “Çiçəkli” təpəsini və Qamışlı körpüsünü müdafiə edən bölmələrini mühasirəyə aldı. 3 saatlıq döyüşdən sonra polkovnik Qəni-zadə ilə 7 adam qalmışdı.Düşmən onları əsir almağa dəfələrlə cəhd göstərmişdi. Briqadaya komandanlıq etmək üçün ona lazım olan məxvi sənədlərin düşmən əlinə keçməsi təhlükəsinin reallığını nəzərə alaraq, polkovnik Qəni-zadə məmin sənsdləri məhv etmişdir. Əla fiziki hazırlığına və döyüş məharətinə görə polkovnik Qəni-zadəyə mühasirədən çıxmaq və bir sutkadan sonra onu həlak olmuş hesab edən öz briqadasının tutduğu mövqeyə çatmaq müyəssər olmuşdu.
B. I-ci MAT I-ci MABr orada olan operativ şöbəsi ilə birlikdə Laçın rayonundan çıxarkən yaşayış məntəqəsi Qılınclı rayonunda belə bir oxşar vəziyyətə düşmüşdü.I MABr komandiri müavini vəzifəsinin icra edən baş leytenant Q.Qarayev və əməliyyat şöbə rəisinin vəzifəsini icra edən kapitan V.Əliyev briqadanın döyüş sənədlərini məhv etmişlər, həlak olan döyüşçüləri dəfn edərək, döyüşə-döyüşə dağ silsiləsini aşıb özünə yol açaraq, Daşkəsən rayonuna gəlib çıxmışlar.
Nəticə:
I MABr döyüş sənədləri yəni: BQ-ın 02 saylı 05.03.1993-cü il tarixli direktivi ilə müdafiə sahəsinin təhkim edilməsi haqqında döyüş əmri,qarşılıqlı əlaqə üzrə planlaşdırılmış cədvəl, hədəfə atəş açma planı,arxa və texniki təchizat üzrə sərəncamlar, MN-dən alınmış “beş məxfi paket, bunların düşmən əlinə keçməsi təhlükəsi olduğundan, polkovnik Qəni-zadə və I MAB qərargahının ona tabe olan zabitləri tərəfindən məhv edilmişdi.
5. MAA/MABr/ üçün müdafiə döyüşündə döyüş nizamnamələri ilə müəyyən edilmiş normativlərlə, keyfiyyət nəzərə alınmaqla, hansı miqdarda şəxsi heyət, texnika və silah nəzərə tutulur?
A. Döyüş nizamnamələri bir motoatıcı alayın müdafiə əməliyyatları aparması üçün aşağıdakı normativləri müəyyən edir-şəxsi heyət mütləq döyüş hazırlığı keçmiş 2400 nəfərdən ibarət olduğu təqdirdə müdafiə zolağı 30 kilometr olmalıdır:döyüş hazırlığı deyəndə birinci yarım il ərzində fərdi təlim, ikinci yarım ildə alayda döyüş atışı ilə taqım,bölük və tabor taktiki təlimlərinin keçirilməsi nəzərdə tutulur. Təlim müddəti başa çatandan sonra yuxarı komandanlıq tərəfindən sııra baxışı keçirilir və alayın döyüş tapşırığını yerinə yetirməyə hazır olduğu barədə akt tərtib edilir.
B. Ştata görə Motoatıcı alayın aşağıdakı miqdarda piyada döyüş maşını olmalıdır: 40 tank, 137 piyada döyüş maşını, 18 ədəd D-30 topu, 24 ninomyot, 16 ədəd MT-12 topu, 9 ədəd tank əleyhinə idarə edilən reaktiv mərmi / PTURS/.
30 km-lik cəbhə sahəsinin müdafiəsi idarəetmə vasitələrinin imkanlarından da asılıdır. Alayın ştatda nəzərdə tutulmuş rabitə vasitələri olmaqla bir rabitə bölüyü, taborun rabitə taqımı olmalıdır.
Alayın o zaman döyüş qabiliyyətli sayılır ki, onun zabitləri təlim görmüşlər, şəxsi heyətlə işləmək təcrübələrihəmçinin qərargah mədəniyyətləri, döyüş sənədləri ilə işləmək məharətləri var.
V. Yuxarıda qeyd edilənlərlə təmin edəndən sonra alay komandirinə normativ tələblərdən artıq olmayan müdafiə sahəsinin qorunub saxlanması haqqında Döyüş Nizamnamələrində nəzərdə tutulmuş döyüş tapşırıqları vermək olar. Bundan başqa, döyüş tapşırığini yerinə yetirmək üçün alaya bir qayda olaraq, bir-iki artilleriya divizionundan, mühəndis-istehkam bölüyündan, tank əleyhinə divizionundan, həmçinin döyüş aviasiyası ehtiyyatından ibarət gücləndirmə vasitəsi ayrılıb verilir. Döyüşün gedişində hər döyüş sutkası başa çatanda alayın bölmələri döyüş sursatı və sürtkü materalları ilə təmin edilib sərf olunmuşların yeri doldurulmalıdır. Yaralılar və ölənlər arxaya təxliyyə edilir.bunun üçün təxliyə vasitələri tələb olunur.
Q. Alayın döyüşdə bütün zəruri vasitələrlə təmin olunmasından ötrü, bu işlə məşğul olan bölmələrin minimum iki yolu olmalıdır. Həmin yollarla yuxarı komandanlığın nəqliyyatı ilə bütün lazımi vasitələr gətirilir. Dəniz səhtindən 3300 metr yüksəklikdə olan Omər aşırımından çəkilmiş yollarda isə qışda qar örtüyünün qalınlığı üç metrə çatır, buna görə də həmin yol briqadanın təhcizatı üçün nəqliyyatın fasiləsiz hərəkətini təmin edə bilməzdi.
Nəticə:
7 tankı, 7 ədəd piyada döyüş maşını, 27 topu, 1985 nəfər şəxsi heyəti olan ümumi sahəsi 3000 kv.km-dən artıq olan Laçın və Kəlbəcər rayonlarınl müdafiə edib saxlaya bilməzdi, çünki MAA /MABp/sahəsi 600 kv. km-dən artıq olmayan ərazidə müvəffəqiyyətli döyüş əməliyyatları apara bilər. Zabitlərin zəif təlim olmaları, çox vaxt isə ümumiyyətlə olmamaları, siravi heyyətin, xüsusulə tutatut hesabına komplektləşdirilmiş marş bölüklərinin demək olar ki, heç təlim keçməmələri də rayonları müdafiə edib saxlamağa imkan vermirdi.
ANALİZİN NƏTİCƏSİ
A. I MABr sərəncamında olan şəxsi heyət, silah və texnika ilə ondan 3-4 dəfə üstün olan düşmənin 3 əsas istiqamətdən hücumunun qarşısını ala və Laçın və Kəlbəcər rayonlarının Şimal-Qərb hissəsinin müdafiəsini təmin edə bilməzdi.
B. I MABr komandiri polkovnik Qəni-zadə öz qərargahı ilə, real vəziyyət nəzərə alınmaqla, düzgün hərəkət etmişdir.
V. Reshublikanın rəbərliyinin buraxdığı siyasi səhvlər üzündən, yəni ermənilərin Qarabağ hüdudlarından kənarda yerləşən Kəlbəcər rayonuna hücumunun istisna edilməsi, Müdafiə Nazirliyi tərəfindən vaxtında əlavə qüvvələrin göndərilməməsi və müdafiə üçün düzgün qərarın qəbul edilməməsi Kəlbəcər rayonunun düşmən tərəfindən işğalını əvvəlcədən həll etmişdi.
Komissiyanın Sədri:
Polkovnik Muxtarov R.M.
Komissiyanın Üzvləri:
Polkovnik Əliyev S.M.
Polkovnik- leytenant Pryaniçnikov V.M.
Polkovnik Vəliyev İ.A.
Polkovnik Şabanov F.M.