Xızının icra başcısı Xəzər Aslanovun qardaşı, Neftçalanın icra başcısı İsmayıl Vəliyevin qaynı və iş ortağı, FHN-dən dələduzluq əməllərinə görə qovulan polkovnik Rövşən Aslanov cəzasız qalır
9-07-2015, 10:39
Müsahibimiz uzun illərdir ki, Xızının icra başcısı Xəzər Aslanovun qardaşı, Neftçalanın icra başcısı İsmayıl Vəliyevin qaynı və iş ortağı, FHN-dən dələduzluq əməllərinə görə qovulan polkovnik Rövşən Aslanov tərəfindən aldadılaraq külli miqdarda pul vəsaiti əlindən alınan istefada olan polkovnik Əbülfəz Əliyevdir.
-Əbülfəz müəllim bir ildir ki, siz Azərbaycan mətbuatında başınıza gətirilən haqsızlıqlarla bağlı müsahibələr veririsiniz. Amma son iki aydır ki, nədənsə mətbuatda aktivliyiniz hiss olunmur. Səbəbi nədir?
- Mətbuata son açıqlamamda bildirmişdim ki, 30mart 2015-ci il tarixində Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində yüksək vəzifəli şəxs tərəfindən qəbul olundum. O mənə bildirdi ki, sizin işiniz nəzarətə alınıb və lazımi addımlar atılacaqdır. Bundan sonra mənim işimlə idarənin işcisi Əsəd Əliyev məşğul olmağa başladı. O mənimlə görüşdə bildirdi ki, bəs araşdırmaya mane olmamaq üçün mətbuta açıqlama verməyim. Elə də etdim. Amma sonrada gördüm ki, bunların da apardığı araşdırmaya Rövşən Aslanovun himayədarları ciddi mane törədir. Və işin araşdırılıb yekunlaşmasına imkan vermədilər. Amma mən yenə də mətbuta müraciət etmədim. Çünki ölkəmizdə Beynəlxalq səviyyəli bir tədbir 1-ci Avropa Oyunları başladı. Və mən vətənpərvər bir şəxs kimi belə bir möhtəşəm tədbirə görə öz problemlərimi arxa plana keçirdim. Şükür ki, 1-ci Avropa Oyunları möhtəşəm keçərək uğurla başa çatdı. Məhs bundan sonra mən yenidən mətbuata müraciət etmək qərarına gəldim.
- Bəs Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində işin araşdırılması hansı mərhələdə donduruldu. Səbəbi nə idi? Sizə bu barədə hansısa rəsmi bir məlumat verildimi?
- Bu ilin Aprelin 15-nə qədər hər gün işi aparan Əsəd Əliyev mənimlə əlaqə saxlayırdı. O məndən işin araşdırlıması üçün yenidən ərizə və izahatlar aldı. Bununla bərabər dələduzluq cinayətini təsdiq edən bütün sübut, dəlillər və cinayətdə iştirak etmiş şəxslər barədə Əsəd Əliyevə məlumatlar təqdim etdim. Amma bu günə qədər aparılan istintaqın nəticələri barədə mənə heç bir rəsmi məlumat verilməyibdir. Dəfələrlə Əsəd Əliyevlə görüşmək cəhdim də alınmayıb.
-Sizcə istintaq barədə heç bir məlumatın verilməməsinə səbəb nədir?
- Əslində bu sualı istintaqı aparanlara verməyiniz daha doğru olardı. Amma mənim gəldiyim qənaət odur ki, iki il ərzində olduğu kimi yenədə Rövşən Aslanovun güclü himayədarları bu işin araşdırılmasına mane oldular. Bu barədə mən növbəti açıqlamalırımda daha geniş məlumatlar verəcəyəm.Sonda Əbülfəz Əliyev bildirdi ki, başına gətirilən bu hadisəyə bu günə qədər hüquqi qiymət verilməsinə nail ola bilməsədə, Azərbaycan mətbuatının dəstəyi ilə ictimai rəyi qazanmağa çalışacaq. 28.05.2015 il tarixdə Ölkə Başçısı Cənab İlham Əliyev “ictimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz” fikrini rəhbər tutaraq mən də öz hüquqlarımı bu yolla əldə etməyə çalışacam.
(ardı var)