Müharibə ANALARINA-ANALARIN MÜHARİBƏSİNƏ ittihaf edirəm.

21-08-2015, 11:00           

Müharibə ANALARINA-ANALARIN MÜHARİBƏSİNƏ ittihaf edirəm.
Kecdiyimiz ağır Vətən müharibəsi hələ də ən gözəl məclislərdə şadyanalıqlarda,cayxanalarda,dostlarla görüşdə,tanışlarla söhbətdə,özümüzə qapılanda və sonda yuxularımızda ən başlıca mövzumuz olsa belə-bu mövzuda yazılmayan.deyilməyən bir müqəddəs və ayaqlarının tozundan cənnətin ətiri gələn bir məfhum da vardI o zaman,o qanlı qadalı illərdə.
ANALARIMIZ.
Bir gün Allahın altında belə ağır yazılar yazdığım zaman məni yəqin infarkt vuracaq və bu murdar kol dibində Gizlənən məmurlar dünyasından küsüb olub gedəcəm ANAMIN yanına.
Bəlkə coxuna tanışdı bu səhnə: A bala bəsdir bu dağ daşda əlinə silah alıb veyilləndin. Xalqın uşaqları Rusiyaya qacıb kef eliyəndə,həftə səkiz sən doqquz oran buran bintli,qanlı gəlirsən evə.Səndən başqa dava edən yoxdu?
Nə deyim? Savadsızmı deyim? Balası ücün yananmı deyim? Evladını itirəcəyi günü özünü də itirəcəyimi deyim? Bilmirəm.
Ana olmamışam mən.
Bircə epizod yadımdadı. Atam fağır adam idi. Ölsəydim də dalımcan hara isə gəlməyi qeyri mümkün idi. Amma anam...
Ağdərənin Ortakəndi idi. Cldranın üstündən ştaba qayıtmışdıq. Cimməyə. ARS maşınını duşa qoşmuşdular sadəcə. Soyuq suda cimib.murdar günə düşmüş alt paltarlarımı dəyişib,ayaqlarımın yaraların "zelyonkaladığım" zaman əsgər yaxınlaşın" Bir yaşlı arvad ,bir kişi komandir səni axtarır" dedi.
Mən "Zibilə düşdük eee,hansı kopayoğlu bunları postdan buyana buraxıbsa,gedib onu cıracam" düşündüm. İt kimi hürə hürə geyinib ora getdim.
Allah hönkürməkdən məni saxla-millət baxır ayıbdır.
Anam idi. Dədəm kənarda oturmuşdu. Anam isə yerdə süfrə acıb yalan olmasın batalyonun əsgərlərin yığmışdı ora. Birini də elə bağrına basmışdı ki,elə bil 100 il əvvəl itirdiyi oğlunu tapmışdı.
Mən axı ən alcaq ,murdar adam idim o zaman. "Nə yığılmısız bura,cəhənnəm olun hamama,köpək uşağı " qışqıran kimi,ley görmüş cücə kimi səpələndilər. Arvadı ağlamaq tutdu.
"Elə niyə elədin a bala,bunun da axı anası var. bunu da bir məxluq dünyaya gətirib axı,niyə süfrədən qovdun ay Allahsız" -deyib hec üzümə də baxmadı.Arıq cüssəsini bağrıma basıb" mama belə olmaz axı.Vaxtımız azdı,döyüşə getməliyik.gedib yuyunsunlar,sonra gələrlər deyib" hönkürən arvadı sakit elədim.
Gəlmişdi. Bilirdi ki, balasından cox burda başqa balalar var. Bir toyxananın şirnisini, bir nişanın yeməyini, bir toyun azuqəsini gətirmişdi balalarına.
Gəlmişdi. Soraq soraq. "Əsgər atası filmindəki " kimi. Tapmışdı. Postda yalvarmışdı,gətirdiyi azuqədən verib,postdakı əsgəri ana qoxusu ilə əritmişdi,döyüş zonasına kecmişdi.
Gəlmişdi.
O gün Orta kənddə mənfur müharibənin mənfur qoxusunu ,Ortakənd peşə məktəbinin həyətində daha sevimli,daha doğma,daha müqəddəs bir qoxu qovmuşdu.
ANA QUCAĞININ QOXUSU,ANA ƏTRİ.
Kiminə corab.kiminə trusik,kiminə mauka ,kiminə ev yeməyi,kiminə şirniyyat.kiminə qoğal,kiminə əl yaylığı,kiminə siqaret catdı o cəməndə acılmış və ətrafına 100 dən cox əsgər yığılmış süfrədə. ALLAH yaratdığın həyat səhnələrinə qurban.Bu arıq 18 yaşlı uşaqlar görən hamısı niyə məhz mənim anama sığınmaq istəyirdilər o zaman?
Yəqin sadəcə ANA nəfəsi,ANA qoxusu ücün darıxmışdı bu böyük müharibənin,haqsız savaşın HAQLI südəmərləri.
O gün bəlkə də gün doğdu qaranlıq bir AĞDƏRƏ gecəsinə. Kiminin cırılmış formasını tikdi,kiminə əli ilə cirkli ayağına təmiz corab geyindirdi,kimini əli ilə yedirtdi...
O getdi. Hər zaman atəşə məruz qalan sahədə onu artıq saxlamağa icazə vermədi Ənvər əmi. O getdi-arxasınca mən baxmaq istədim-baxa bilmədim. Mənim anamın arxasınca baxan 18 yaşlı südəmərlər toplusunun kürəklərinin coxluğundan.O getdi.Özü ilə bizi də apardı o yay günü. Evə anamızın yanına. Anamızın arıq canından gələn cənnət ətrinə doğru apardı.
O getdi -biz də getdik. Coxumuz qayıtmayacaqdıq. Amma qayıtmayacağımız yerə doğru gedəndə hamının üzündə bir qəribə işartı vardı.
İndidə o işartı gözümün önündədi.
Başqa bir işartım olmayıb mənim o zamandan...........
Abuzər Əbilov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.