Eldar Mahmudovun oğlu Londonda şirkət açdı – “MEA CAPİTAL LİMİTED”

10-11-2018, 18:50           
Eldar Mahmudovun oğlu Londonda şirkət açdı – “MEA CAPİTAL LİMİTED”
“Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov da İngiltərədə şirkət açıb. Özü də maliyyə şirkəti, yəni bank”.

Azinforum.az-ın məlumatina görə, bu barədə xəbəri hazırda ölkə xaricində yaşayan jurnalist Cavanşir Həsənli verib. Bildirilir ki,
” MEA CAPITAL LIMITED” adlı qurum keçən ayın 11-də Londonda qeydiyyatdan keçirilib. Şəhadətnamə nömrəsi 11618237-dir.
Təsisçinin qeydiyyat ünvanı: Union House Walton Lodge, Bridge Street, Walton-On-Thames, Surrey, United Kingdom: “Yeri gəlmişkən, bu ünvan Temza çayı sahilində yerləşir və bahalı villaları, yaxtaları ilə məşhurdur. Keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasovun da Walton-On-Thamesda villası və yaxtası var.
Şirkətin adının mənası da aydındır: Mahmudov Eldar & Anar.

Belə… Eldar Mahmudovun dəstəsinin sahibkarlardan şantaj və təhdid yolu ilə topladığı sərvətlərin bir ünvanı bu şirkətdir. Güman ki, Anar Mahmudovun qayınatası Cahangir Hacıyevin Beynəlxalq bankdan oğurladığı pullardan da MEA-nın təsisində istifadə olunub.
Siz də deyirsiniz, Britaniya hökuməti korrupsiyada şübhəli bilinən şəxslərin gəlir mənbələrini tələb edəcək, onlarla mübarizə aparacaq”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.