Deputat Əsabil Qasımovun göz qamaşdıran oteli və başqa mülkləri – FOTOLAR

8-04-2019, 01:50           
Deputat Əsabil Qasımovun göz qamaşdıran oteli və başqa mülkləri – FOTOLAR
Avropada yaşayan müstəqil jurnalist Cavanşir Həsənli deputat Əsabil Qasımovun Bakıdakı otelinin və mülklərinin fotolarını paylaşıb.

O bildirib ki, deputata məxsus 18 mərtəbəli "MARİNE PLAZA” oteli Bakının mərkəzində, Zərifə Əliyeva küçəsində yerləşir.

"Elə də böyük gəlməsin, aysberqin görünməyən hissəsi Rusiyadadır”, – deyə jurnalist yazıb.

Onun sözlərinə görə, Ə.Qasımovun biznes və mülkləri isə bununla bitmir: "”Karat Holdinq” (tərkibinə "Karat” MTK, "İdeal” MMC, "İzmir” MMC; "Azinvest” tikinti şirkəti; "Everest-M” daxildir), Hökməlidə makaron və kisə fabriki;

"ASTEL” MMC; taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində);

"Gəncə Fatoğlu” (un dəyirmanı);

Bakının Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran;

Səməd Vurğun küçəsində "Ağ saray” binası;

Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21 və Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina;

İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina;

Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina;

Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market” də deputata məxsusdur”.

Deputat yayılan məlumatla bağlı heç bir açıqlama verməyib.
sfera.az


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru