Əlövsət İsmayılov ilə Eldar Mahmudovu bağlayan gizli tellər-FOTO

19-11-2015, 23:47           
Əlövsət İsmayılov ilə Eldar Mahmudovu bağlayan gizli tellər-FOTO
Qafqaznews.az saytı olaraq bir müddət əvvəl Nəsimi RPİ-nin DYPŞ-nin baş inspeketoru polis mayoru Əlövsət İsmayılov və onun oğlu Nəsimi RPİ-nin 20- ci polis bölməsinin polis serjantı Rauf İsmayılov barədə yazı dərc etmişdik. Qısa xatırlatma üçün bildirək ki, yazıdan bəlli olurdu ki, Rauf İsmayılovun atası nazirlərdən biri ilə qohumdur. Bu qohumluq Rauf İsmayılovun atasını tez bir vaxtda yüksək rütbəli məmur edib. Məqalədə o da qeyd olunurdu ki, DİN-in Polis Akademiyasının 1-ci kurs tələbəsi olan Rauf İsmayılov polis serjantı olmasına baxmayaraq gecələr dostları ilə DİN əməkdaşı haqqında cəmiyyətdə qəbul olunan normalara uyğun olamayan fotolar çəkdirərək sosial şəbəkələrdə paylaşır. Rauf İsmayılovun qardaşı Maqa ləqəbli Məhəmməd İsmayılovun isə sosial şəbəkələrdə paylaşdığı fotolardan məlum olur ki, o sürətlə avtomobil sürməyi

Qafqaznews.az-ın son vaxtlar dərc etdiyi digər məqalə isə MTN-nin Tərtər şöbəsinin rəisi Anar Əzizovun köhnə qayda ilə “aylıq” yığmasından bəhs edirdi. Qısaca bildirək ki, son vaxtlar Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı baş verən dəhşətli olaylara baxmayaraq MTN-nin Tərtər rayon şöbəsinin rəisi Anar Əzizov öz əməllərini davam etdirir. Və deyir ki, verdiyim 150 min manatı çıxartmalıyam. …

Aldığımız sonuncu məlumata görə, Əlövsət İsmayılov əslən Tərtərdəndir. Hətta bu yaxınlarda Əlövsət İsmayılovun Tərtər rayonuna Anar Əzizovun tapşırığı ilə getdiyi barədə də bizə məlumat daxil olub. Anar Əzizov Əlövsət İsmayılova tapşırıq verib ki, qafqaznews.az saytında mənimlə bağlı silsilə yazılar dərc olunur,ancaq bizdə vəziyyət ağır olduğu üçün bunun qarşısını ala bilmirəm. Ona görə də bu yazıların qarşısının alınmasını sənə tapşırıram ki, Bakıya qayıdan kimi həmin saytı məhkəməyə ver. Apardığımız araşdırmalar nəticəsində bizə bəlli oldu ki, Əlövsət İsmayılov hazırkı vəzifəsindən əvvəl Bakı DYPİ-də xidmət edərək prezidentin kortejini müşaiyət edib. Sonradan xidmətdə buraxdığı ciddi nöqsanlara və Eldar Mahmudovun əhatəsinə məlumat verdiyinə görə işdən uzaqlaşdırılıb. İndi də Əlövsət İsmayılov barədə MTN-nin Tərtər şöbəsinin rəisi Anar Əzizovda “material” olduğu üçün ikinci birinciyə əmr edib ki, Qafqaznews.az-ı məhkəməyə versin. Çox güman ki, Əlövsət İsmayılov axıracan Anar Əzizovun əmrlərini yerinə yetirmək məcburiyyətindədir. Çünki əks halda Anar Əzizov onun barəsindəki “material”ı mətbuata ötürəcək.

P.S. Əlövsət İsmayılov özündə cəsarət tapmadığı üçün qafqaznews.az saytını oğlu Rauf İsmayılovun adından məhkəməyə verib.
























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.