"Azəriqaz"ın işçilərinin maaşları niyə verilmir? - Komitə sədrindən Vitse-prezidentlə Baş direktora ismarıc

24-11-2019, 12:40           
"Azəriqaz"ın işçilərinin maaşları niyə verilmir? - Komitə sədrindən Vitse-prezidentlə Baş direktora ismarıc
"Azəriqaz İB-nin Baş direktoru Ruslan Əliyevlə SOCAR-ın Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanovun diqqətinə xatırlatmaq düşər ki, Əmək Məcəlləsini pozaraq əksər işçilərinizin oktyabr ayının əmək haqqını hələ də ödəməyibsiniz. Bu isə ölkədə aparılan sosial siyasətə və ölkə başçısının may ayında "Azəriqaz"la əlaqədar verilən tapşırığına ziddir".

Mia.az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib.

O bildirib ki, "Azəriqaz"ın Baş direktorunu məmnuniyyətlə məhkəməyə verərdi: "Ruslan Əliyevin nəzərinə çatdırım ki, strukturlarına daxil olan Təmir Tikinti idarəsi, Bakı Regional Qaz İstisamar Sahəsi və sair sahələrin işçiləri oktyabr ayının maaşını hələ də almayıblar.


MİRVARİ QƏHRƏMANLI

Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

ARƏM Maddə 178. 1-ci maddəsinə əsasən isə, işçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru