Aqrar sahənin yarıtmaz kadrları

25-11-2019, 19:51           
Aqrar sahənin yarıtmaz kadrları
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədilə kreditlərin cəlb edilməsini və təyinatı üzrə istifadəsini təmin edən icra hakimiyyəti orqanı – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi formalaşdırılmışdır. Agentliyin əsas məqsədi güzəştli şərtlərlə kənd təsərrüfatı kreditlərinin verilməsi, texnikanın və damazlıq heyvanların güzəştli şərtlərlə satışı, layihələrin idarə edilməsi və kənd təsərrüfatına investisiya cəlbidir. Agentliyin sədri Mirzə Əliyev, müavinləri isə Mehman İsmayılov və Əmir Əmirlidir.
Aktualxeber.az-ın redaksiyasın agentlikdə işin düzgün təşkil olunmaması və subsidiya mexanizmlərinin idarə edilməməsi ilə bağlı ciddi məlumatlar daxil olub. Daxil olan məlumatlara görə “Kapitalbank”dan səriştəsizliyinə görə işdən çıxarılmış M.Əliyev və müavini M. İsmayılov texnika yarmarkalarının keçirilməsi zamanı təchizatçılardan, banklardan, sığorta şirkətlərindən iştirakçı olmaları üçün əsassız olaraq vəsaitlər tələb edirlər ki, bu da ciddi narazılığa gətirib çıxarır. Məlumata görə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Aqil Əliyevin xalası oğlu olan Ə. Əmirli də onlardan geri qalmayaraq monitorinqləri düzgün təşkil edə bilmir, tədbirlərdə sponsorluq edənlər şirkətlərdən konkret miqdarda pul tələb edir. Şirkətlərin aqrotexnika.az saytında reklam olunması üçün isə ayrıca rüşvət istənilir. Eyni zamanda layihələr üzrə ayrılmış pullar təyinatı üzrə xərclənmədiyindən bu sahədə daha biabırçı vəziyyət yaranıbdır. Əlimizdə olan konkret adlar və rəqəmlərlə bağlı lazımi araşdırmalar apardıqdan sonra daha geniş məqaləni yaxın zamanlarda ictimailəşdirəcəyik ki, əlaqədar orqanlar lazımi ölçü götürsünlər.
Redaksiyamıza Aqrar Sığorta Fondu və onun rəhbəri Fuad Sadıqovla da bağlı ciddi faktlar daxil olub. Bəzi dəqiqləşdirmələr apardıqdan sonra onları da sizlərə təqdim edəcəyik.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.