Alı Alıyev Almaz Həşimovanın axırına necə çıxdıi – İLGİNC TƏFƏRRÜAT

14-12-2015, 14:17           
Alı Alıyev Almaz Həşimovanın axırına necə çıxdıi – İLGİNC TƏFƏRRÜAT
Məlum olduğu kimi, Füzuli Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri vəzifəsindən kənarlaşdırılıb. Belə ki, RTŞ müdiri Almaz Həşimovanın işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunduğu bildirilıir.

Onun tutduğu vəzifədən azad olunmasının təfərrüatlarına gəlincə, bununla bağlı Savash.org-a ilginc məlumatlar daxil olub. Verilən məlumatda bildirilir ki, Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev 2011-ci ildə bu vəzifəyə təyinat alarkən onun ilkin olaraq hədəfə götürdüyü məmurlardan biri məhz Almaz Həşimova olub:

“Almaz xanım 2010-cu ildən təhsil şöbəsinin müdiri vəzifəsində çalışırdı. Alı Alıyev isə Füzuli rayon icra hakimiyyətinin başçısı postuna 2011-ci ildə təyin olunub. Alı Alıyev icra başçısı təyin olunduqdan sonra Almaz Həşimovanı sıxışdırmağa başladı, onun işində kifayət qədər çatışmazlıqlar da aşkarlanmışdı. Amma sonradan icra başçısı ilə RTŞ müdirəsinin münasibətləri heç kəsin gözləmədiyi halda istiləşməyə başladı. Hətta bir vaxtlar Almaz Həşimova icra başçısının ən etibar etdiyi məmurlardan birinə çevrilmişdi. Amma son bir il ərzində icra başçısı ilə RTŞ müdirəsinin münasibətləri az qala düşmənçilik həddinə çatmışdı. Vəziyyət o həddə qədər dramatik idi ki, Alı Alıyev RTŞ müdirəsi haqda, Almaz Həşimova isə icra başçısı haqda mətbuata faktlar ötürürdü”.

Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, son dövrlər Almaz Həşimova icra başçısı ilə “lazım olduğundan” az hesablaşır və bu da münasibətlərin gərginləşməsinə səbəb olurmuş: “Son bir il ərzində rayon təhsilinə ayrılan vəsaitin xərclənməsində icra başçısını faktiki olaraq “ofsayt”da qoyan RTŞ müdirəsi elə bu əməlinin də güdazına gedib. Alı Alıyev ona dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq Almaz Həşimova ona bildirib ki, arxasında kifayət qədər güclü məmur dayanıb və icra başçısı ona heç nə edə bilməz. Alı Alıyev isə bütün kanallarını işə salaraq sonda Almaz Həşimovanı tutduğu vəzifədən azad etdirməyi bacardı. Onun yerinə isə icra başçısına yaxınlığı ilə seçilən birisinin təyinat alacağı gözlənilir”.

Sonda qeyd edək ki, Almaz Həşimova işdən azad olunmamışdan bir neçə gün öncə icra başçısı ilə şəxsən görüşüb və tərəflər arasında heç də xoş olmayan söhbət olub. Həmin söhbətin təfərrüatları və təyin olunması planlaşdırılan yeni RTŞ müdirinin icra başçısı ilə hansı münasibətlərə malik olması haqda yaxın günlərdə ətraflı məlumat verəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.