"Avromed" saxta siroplar satdırır - FOTOFAKT

21-02-2020, 17:11           
"Avromed" saxta siroplar satdırır - FOTOFAKT
Vətəndaşın aptekdən aldığı siropun saxta olduğu məlum olub.

Medicina.az xəbər verir ki, Bakı sakini "Planet" aptekdən daima aldığı siropdan alıb. Lakin siropun qablaşdırılmasından şübhələndiyi üçün onu daha əvvəl aldığı orijinal siropla müqayisə edib.

Məlum olub ki, dərman həqiqətən də saxtadır. Lakin həmin şəxs aptekin siropu geri qaytaracağını da bildirib. Onun sözlərinə görə təchizatçı "Avromed"dir. Bundan əlavə, aptekdə saxta sirop orijinal siropla eyni qiymətə satılır: 23 manat 30 qəpik.

İki qablaşdırma arasındakı fərq:

- Saxta siropun üzərində ekspertizada yoxlanış üçün seriya nömrəsi yoxdur.

- Saxta qablaşdırmanın üzərinə "antipaaziter" yazılıb. Orjinal qablaşdırmada isə "antiparaziter" olmalıdır.

- Qutunun dizaynı, preparadın adının yazılışında incə səhvlər var.

- Orijinal siropla eyni effekti vermir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru