"Sahil Babayev mən səndən haqqımı tələb edirəm"- Qarabağ savaşı əlili, hərbi həkim pol\ley Habil Şirinov

3-03-2021, 21:38           
"Sahil Babayev mən səndən haqqımı tələb edirəm"-
Teref.az yazır ki, 1ci Qarabağ savaşı zamanı hərbi həkim kimi iştirak etmiş pol\ley Habil Şirinov Sosial Müdafiə naziri Sahil Babayevə müraciət ünvanlayıb. Müraciəti oxuculara təqdim edirik:
Mənə göndərilmiş əlilliyimin imtina cavabında göstərilir ki,guya mən 1992-ci ildən bu günə kimi heç bir müalicə aparmamışam.Amma mən elə xidmət etdiyim dövrdə dəfələrlə ambularor və srasionar müalicədə olmuşam.
Xidmətdən sonra isə ildə ən azı iki dəfə ambulator müalicə almışam.Həkim olduğum üçün demək olar ki,xəstəliklərimi həmişə nəzarətdə saxlamışam.

Bunlar nə etmişlər?Azətbaycanda əlilliklə pensiya alan hər bir xəstə haqqında məlumatlar alayarımçıq halda kompyuterə sistemə yerləşdirilmişdir. Əsas meyar olaraq guya hər bir xəstə ildə bir dəfə stasionar müalicədə olması haqqında məlumat götürülür.
Əvvəla Azərbaycanda 1 milyon 200 min nəfər xəstəliklə şəadətləndirilmiş əlil var.Bunların hamısının hər il stasionar müalicə almaları mümkün deyil və buna xəstələrin maddi vəziyyəti imkan vermir.Xəstələrin əksəriyyəti də hər il dəfələrlə qeydiyyatda dayandıqları poliklinikalarda ambulator müalicə alırlar.
Mən demək olar ki,xəstəliklərimlə əlaqədar hər gün dərmanlardan istifadə edirəm.Nə dərəcədə əzyyət çəkdiyimi özüm bilirəm.Yaxınlarımı xəstəliklərimi biruzə verməklə narahat etmirəm.Həmişə ruhumu yüksək tutmağa çalışıram.
Mənim xəstəliklərlə əlaqədar yalnız əlimdə olan sənədlərimin şəkillərinə baxa bilərsiniz.
Üzümü sizə tuturam Sahil Babayev demirəm ki,saxta əlilliyi olmayanlar yoxdur,var.Onları da sizin kimilər edib.Yaxşı niyə ucdantutma hamının əlilliyini kəsirsiniz?Nitə qurunun oduna yaş da yanmalıdır?Anadangəlmə xəstələrə də eyni cavablar verilir.Məyər anadangəlmə xəstə sağalacaqmı?
Və yaxud mən hələ qeydiyyata alınmayan xəstəlikləri demirəm,bu qədər xroniki xəstəliklərimi sağaldacaqsınızmı?
Xeyr.Sizlər pis yoldasınız.Sadəcə olaraq suyun,benzinin qiymətinin qaldırılması,bahalaşmaya start verilməsi xalqın birliyi sayəsində Ali Baş Komandan başda olmaqla qazabılan şanlı qələbəyə kölgə gətirmək və xalqı narazı salıb kütləvi itaətsizliyə sürükləməkdir.
Mən səndən haqqımı tələb edirəm.
pol\ley Habil Şirinov



















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.